İT mütəxəssis
 
JOB TITLE: İT mütəxəssis
EMPLOYER: Ceylan MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-15 LAST UPDATED: N/A DEADLINE: 2019-09-14

Vəzifə: İT mütəxəssis

Vəzifə öhdəlikləri:

- Şirkətdə əməliyyat sistemlərinin və lazımi proqram təminatlarının quraşdırılması
- İstifadəçilərə texniki və proqram təminatının təqdim edilməsi, şəbəkə və proqramlarla bağlı təlimatların tərtib edilməsi və çatdırılması
- İstifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli
- Ofisin texniki avadanlığının daimi işlək vəziyyətdə olmasına nəzarət
- Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması
- Kompüter və proqram təminatı ilə bağlı məsələlərdə şirkət işçilərinə dəstək, təlim və məsləhətlərin verilməsi
- Problemlərin aradan qaldırılmasında, səhvlərin aşkarlanması və aradan qaldırılmasında işçilərə operativ yardımın göstərilməsi
- İstifadəçilərin istəklərini qəbul edilməsi və onların aradan qaldırılması prosesinə nəzarət
- Şirkət daxili istifadəyə təsdiqlənmiş proqramların və proqram vasitələrinin quraşdırılması üzrə işlərin yerinə yetirilməsi
- İT sahəsində ümumi məsələlər barədə şirkətin işçilərinə məlumatın verilməsi
- İT şöbəsi rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi

Tələblər:

- Müvafiq sahədə ən azı 2 il peşəkar təcrübəsi olmalı
- 1C proqram təminatının xidmət səviyyəsində bilməli
- Azərbaycan və rus dillərini sərbəst bilməli; ingilis dili biliyi arzuolunandır
- Təzyiq altında işləmək bacarığı
- Komandada işləmək bacarığı

Müraciətləriniz mövzu sətrində vakansiyanın adını (İT mütəxəssis) qeyd edərək, hr@ceylan.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP