Tibbi Sığorta Şöbə Müdiri
 
JOB TITLE: Tibbi Sığorta Şöbə Müdiri
EMPLOYER: Azersun Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-14 LAST UPDATED: N/A DEADLINE: 2019-09-13

AZƏRSUN HOLDİNQ

Vakansiyanın adı: Tibbi Sığorta Şöbə Müdiri

İş haqqında məlumat:

1. Tabeçiliyində olan şöbələrin işlərinin təşkili, aidiyyatı hesabatların hazırlanmasına nəzarət etmək.
2. Bazar üzrə məlumatlar toplamaq, satıla biləcək tibbi xidmətlərin incələnməsində iştirak etmək.
3. Yeni Tibbi Sığorta təklifi hazırlanmasında iştirak etmək və rəhbərliyə təqdim etmək.
4. Tibbi sığorta məhsullarının satışını təşkil etmək, müəssisələrdə müştərilərlə görüşmək, təqdimatlar etmək və yeni müştərilər cəlb etmək.
5. Tibbi ekspertizanın aparılmasına nəzarət etmək.
6. İnsure.Az proqramının tibbi sığorta qolunu inkişaf etdirmək və bazarda ən yüksək səviyyəyə çatdırmaq.
7. Müqaviləsi olan apteklərdə onlayn sistem qurmaq, müştərinin məlumat bazasını bilmək və proqramın gələcəkdə tibbi sığorta ilə yenilənməsini tətbiq etmək və s.

Namizədə aid tələblər:

• Təhsil: Ali (Tibbi)
• İş təcrübəsi: Vəzifə üzrə 3 il
• Dil bilikləri: Rus (yaxşı), İngilis (yaxşı)
• MS Office proqramlarında (xüsusən excel) sərbəst işləmək bacarığı;
• Tibbi Sığorta Qaydalarını bilməli
• Klinikalarla olan müqavilə qaydalarını bilməli.

İş yeri:

Həsən Seyidbəyli küç.,122, “Gümüş Plaza” iş mərkəzi. Səbail r-nu,Bakı, Azərbaycan Sənaye Sığorta

İş şərtləri:

İş qrafiki: 09:00 - 18:00 • İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com, hr@aiic.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Tibbi Sığorta Şöbə Müdiri)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP