İncəsənət və rəsm müəllimi
 
JOB TITLE: İncəsənət və rəsm müəllimi
EMPLOYER: XXI Century International Education and Innovation Centre DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-14 LAST UPDATED: 2019-08-14 DEADLINE: 2019-09-13

Vakansiya: İncəsənət və rəsm müəllimi

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin İngilis Bölməsinə İncəsənət və rəsm müəllimi vəzifəsi üçün tam ştat və yarım ştat vakansiya mövcuddur.

Tələblər:

• Rəsm və ya əlaqəli incəsənət ixtisası üzrə Bakalavr dərəcəsi
• İngilis dili bacarığı (B2)
• İxtisas üzrə ən azı 2 il iş təcrübəsi

Əsas vəzifələr:

• İbtiadi və orta pillə üzrə şagirdlərdə rəsm və incəsənət üzrə bilik və bacarıqları inkişaf etdirmək
• Şagirdlərdə estetik və yaradıcılıq bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirmək
• Beynəlxalq Kembric kurikulumu üzrə incəsənət və rəsm üzrə dərs proqramı və dərs planı hazırlamaq
• Hər bir şagirdin rəsm və incəsənət üzrə bilik və bacarıqlarını dəyərləndirmək
• Tədris proqramı üzrə həftəlik dərsləri təşkil etmək
• Şagirdlərlə incəsənət və rəsm fəaliyyətləri təşkil etmək
• Şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində məktəb rəhbərliyi və valideynlərlə görüşlərdə iştirak etmək

Namizəddə axtarılan xüsusiyyətlər:

• IELTS 7.0 (və ya ona ekvivalent TOEFL, CAE, Pearson balı)
• 7-16 yaşlı uşaqlarla işləmə həvəsi və bacarığı
• Pedaqoji kollektivlə işləmə bacarığı
• Milli və Beynəlxalq tədris proqramları (Milli Kurikulum, Cambridge International, IB) üzrə məlumatlılıq
• Müasir incəsənət və rəsm sahəsində daim yenilikləri izləmək və şagirdlərlə bu sahədə fəaliyyətlər, məsələn, sərgilər, təşkil etmək
• Məktəbin təlim-tədris və incəsənət fəaliyyətlərinə töhvə vermək
• Boya, çap işi, vizual media, fotoşəkil, 3D, qrafik kommunikasiya, parça dizaynı, səhnə dizaynı, skulptura, səhnə kimi sahələrdə məlumatlılıq və araşdırma həvəsi

Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:

• 400+ Universitet qəbul balı
• Bakalavr ixtisası üzrə yüksək qiymətlər
• Yüksək ingilis dili bacarığı
• Sahə üzrə geniş təcrübəsi
• Müəllimlik təcrübəsi
• Boya, çap işi, vizual media, fotoşəkil, 3D, qrafik kommunikasiya, parça dizaynı, səhnə dizaynı, skulptura kimi sahələrdə məlumatlılıq və araşdırma həvəsinin olması

Qeyd: CV göndərmək istəyən namizədlər aşağıdakı linkə daxil olub göndərə bilərsiniz
https://www.21esr.com/career/jobaz/vacancy/8-incasanat-va-rasm-muallimi

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP