Kadr işləri üzrə mütəxəssis
 
JOB TITLE: Kadr işləri üzrə mütəxəssis
EMPLOYER: Aztelekom DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-09 LAST UPDATED: N/A DEADLINE: 2019-09-08

Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC hazırda ölkə üzrə öz tabeliyində 59 yerli telekommunikasiya müəssisələrini birləşdirir. Azərbaycanın əksər regionlarında keyfiyyətli telekommunikasiya xidmətləri göstərərək geniş əhatə dairəsinə malikdir.

İşəgötürən olaraq “Aztelekom” MMC, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. “Aztelekom” MMC hazırda baş ofisin İnsan Resursları Departamentinə Kadr işləri üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Daha ətraflı məlumatı https://www.aztelekom.az/az/career saytından əldə edə bilərsiniz.

Departament: İnsan Resursları
Şöbə: Kadr sənədlərinin rəsmiləşdirilməsi şöbəsi
Vəzifə: Kadr işləri üzrə mütəxəssis

Əsas vəzifə və öhdəlikləri:

1. Kadr İşləri üzrə mütəxəssis fəaliyətini Kadr Kargüzarlığı və İşə Qəbul prosesini, Əmək Məcəlləsinin, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
2. Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
3. Kadr məlumat bazasını, dəyişiklikləri nəzarə almaqla, daim yeniləyir;
4. Kadr uçotuna və kadr kargüzarlığına aid olan sənədləşməni (əmək kitabçalar, mənzuniyət uçotu, əmrlər, işləmə qabliyyəti olmama baradə (xəstəlik) vərəqələr, davamiyyət tabelləri zamanında və keyfiyyətlə aparır;
5. “İşçilərin”şəxsi fayllarını yaradır və fəaliyyətləri ilə bağlı yenilikləri nəzarə almaqla zəruri dəyişiliklər edir;
6. Müddəti bitmiş sənədləri müəyyən qaydada arxivə təhvil verir;
7. Kadr axını və digər müəyyən olunmuş hesabatları verir;
8. Attestasiyaya dair sənədləşməni müəyyən olunmuş qaydada aparır;
9. Həmkarlar tərəfindən tələb olunan arayışları, əmək kitabçalarının sürətlərini və digər zəruri sənədləri düzgün doldurur və zamanında tələb olunan yerə çatdırır;
10. “İşçilərin”şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət edir;
11. Departamentin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərir;
12. İş yükü artiq olduğu zaman (mütamadi olaraq) və bölmənin işinin keyfiyyətini artırmaq məqsədi ilə Departamentin digər struktur bölmələrinin işinə dəstək olur;
13. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

1. Ali Təhsili;
2. Kadr Kargüzarlıq sahəsi üzrə azı 1 il əmək stajına malik olmalıdır;
3. Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini mükəmməl bilməlidir;
4. Müasir İnsan Resursları trendlərini bilməlidir;
5. Azərbaycan dilini mükəmməl bilməlidır, İngilis və Rus dilləri arzuolunandır;
6. Kadr kargüzarlığına aid olan sənədlərin tərtib etmə bacarığına malik olmalıdır;
7. Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
8. Kompyuter bilikləri üzrə : MS Office və Outlook programlarını mükəmməl bilməlidir;
9. Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini mükəmməl, Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərə malik olmalıdır;
10. Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalarını bilməlidir;
11. İşgüzar yazışma əsaslarını bilməlidir;
12. Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır;
13. Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Kadr işləri üzrə mütəxəssis) qeyd etməyinizi xahiş edirik: E-ünvan: hr@aztelekom.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP