İşə qəbul üzrə mütəxəssis
 
JOB TITLE: İşə qəbul üzrə mütəxəssis
EMPLOYER: Aztelekom DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-09 LAST UPDATED: N/A DEADLINE: 2019-09-08

Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC hazırda ölkə üzrə öz tabeliyində 59 yerli telekommunikasiya müəssisələrini birləşdirir. Azərbaycanın əksər regionlarında keyfiyyətli telekommunikasiya xidmətləri göstərərək geniş əhatə dairəsinə malikdir.

İşəgötürən olaraq “Aztelekom” MMC, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. “Aztelekom” MMC hazırda baş ofisin İnsan Resursları Departamentinə İşə qəbul üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Daha ətraflı məlumatı https://www.aztelekom.az/az/career saytından əldə edə bilərsiniz.

Departament: İnsan Resursları.
Şöbə: İşə qəbul və kadrların inkişafı şöbəsi.
Vəzifə: İşə qəbul üzrə mütəxəssis

İxtisas tələbləri:

• Ali təhsil (bakalavr dərəcəsi);
• Azərbaycan dilini yazılı və şifahi mükəmməl bilmək (ingilis dilli arzu olunandır);
• İşə qəbul və namizədlərin seçimi sahəsində 2 illik iş təcrübəsi;
• İşə qəbul sahəsində sertifikatlar (arzu olunandır);
• Kompüter bilikləri üzrə: MS Office (word/excel), Outlook və Power Point programlarını mükəmməl bilməlidir.

Əsas vəzifə və öhdəlikləri:

• Müvafiq departament/şöbələrdən daxil olan işçi ehtiyacı sorğuları ilə bağlı iş elanlarının verilməsi (kütləvi informasiya vasitələri, yerli elanlar və s.), namizədlər ilə müsahibə mərhələlərinin təşkil edilməsi;
• Açıq vakansiyalar üzrə elanlarının hazırlanması;
• Ehtiyac olduqda namizədlərlə ilkin telefon müsahibəsini keçirmək;
• İşə Qəbul Komissiyasının müsahibələrini təşkil edir;
• İşə qəbul zamanı namizədlər ilə bağlı sosial sorğunun minimum 3 mənbədən toplanması;
• Sınaq müddətində olan əməkdaşların qeydiyytaının aparılması və nəzarətdə saxlanılması;
• Müsahibələrin nəticələri haqında uğursuz namizədlərə məlumatın verilməsi;
• İşə qəbul prosesinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək;
• İşə qəbul prosedurların tələblərinə riayət etmək və müvafiq departament/şöbə/qovşaqlar tərəfindən onların icra olunmasına nəzarət etmək;
• Vakansiyalar üzrə maraqlı namizədlərdən CV-lərin toplanması və ilkin baxışdan keçirilməsi (CV skrininq);
• CV bazaya daxil olan CV-lər və müraciətlərin müvafiq təsnifatlara görə müəyyənləşdirilməsi və uyğun namizədlərin seçilərək tövsiyə edilməsi;
• Təcrübəçi Proqramlarının təşkil olunması;
• Ali məktəblərin Karyera Mərkəzləri və Əmək yarmarkalarında iştirak edərək şirkətin təmsil olunması;
• İşə qəbul uçotunün aparılması və sənədlərin arxivləşdirilməsi.

İşçi aşağıdakı bilik, bacarıq və keyfiyyətlərə malik olmalıdır:

• Vaxtını effektli şəkildə idarə etməyi bacarmaq və vəzifənin icrasını dəqiq, vaxtında bitirmək;
• Insanlarla rahat ünsiyyət qurmaq bacarığı;
• Məqsədyönlü, fəal və təzyiq altında işləmək bacarığı;
• Güclü analitik qabiliyyətlər;
• Fikrini izah etmək bacarığı;
• Komandada işləmək bacarığı;
• İşə planlı yanaşma bacarığı;
• Öz üzərində daima çalışmalı.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (İşə qəbul üzrə mütəxəssis) qeyd etməyinizi xahiş edirik: E-ünvan: hr@aztelekom.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP