
IT xidmətləri bazarında çoxfunksiyalı şirkət olan “ENGINET” şirkəti Azərbaycan İKT və telekommunikasiya xidmətləri bazarında qabaqcıl informasiya texnologiyalarının təşviqi üzrə ixtisaslaşır.
“ENGINET” şirkəti eyni zamanda “BİRLink” ticarət nişanının (brendinin) sahibidir. BİRLink FTTH – genişzolaqlı multiservis girişi olan, bir fiber optik kabel üzərindən yüksək sürətli və dayanıqlı İnternet, telefoniya və televiziya xidmətləri göstərir.
Mühasib.
Vəzifə öhdəlikləri:
1. Təhvil-təslim aktlarının və ödəmə hesabatlarının hazırlanması və müştərilərə təqdim edilməsi; 2. Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasının və imzalanmasının təşkil edilməsi; 3. Kreditor və debitorlar ilə üzləşmələrin aparılması; 4. Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi; 5. Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması; 6. Daxili hesabatlarin, bank sənədlərinin proqram bazasına işlənməsi;
Vəzifəyə olan tələblər:
Təhsil : Ali təhsil (iqtisadi) Staj : Ən azı 3 il iş təcrübəsi Dil biliyi : Azərbaycan/ rus dillərini bilmək Kompyuter biliyi : MS Office proqramları Xüsusi proqramlar : 1C; Rəsmi hesabatlara aid proqram və cihazlarda işləmək Digər biliklər : Vergi uçotu üzrə və mühasibatlıqla bağlı yerli qanunvericilik haqda Xasiyyət xüsusiyyətləri : İdarəetmə bacarığı, komandada işləmək bacarığı
İş qrafiki: 5 gün İş saatı: 09:00-18:00 İstirahət günləri: Şənbə, Bazar günü
E - mail : HR@ENGINET.AZ
|