Təchizatçı
 
JOB TITLE: Təchizatçı
EMPLOYER: Kontinent İnşaat MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-08 LAST UPDATED: N/A DEADLINE: 2019-09-07

Təchizatçı

Funksiyaları

 Yeni alınmış tikinti materiallarının, avadanlıqların qəbulu üzrə aktların tərtibat və rəsmiləşdirilməsini yerinə yetirir. Tikinti materialların, avadanlıqların qəzaya uğramasının və sınmasının araşdırılmasında və bu barədə aktların tərtib edilməsində iştirak edir.
 Tikinti materiallarının, avadanlıqların qəza vəziyyətinə düşməsi və sınması-üzrə təhlil aparır və nəzarət edir, onların nəticələrinin aradan götürmək üçün təkliflər işləyib hazırlayır.
 Tikinti materiallarına, avadanlıqlara olan tələbatı əsaslandırmaq və onların alınması üçün sifarişləri tərtib etmək məqsədləri ilə, müvafiq hesablama materiallarını hazırlayır.
 Daxil olan materialların, avadanlıqların bölmələr, layihələr üzrə paylanmasında iştirak edir.
 Artıq və istifadə olmayan avadanlıq, mexanizm və aqreqatları aşkar edir.
 İstifadəsiz qalan materialları, avadanlıqları təşkilatın daxilində yenidən payşdırılmasını və ya kənar təşkilatlara realizasiya olunmasını təmin edir.
 Mal göndərən təşkilatlardan daxil olan materialların, avadanlıqların yükləmə, gətirilmə və boşaldılmasını təşkil edir.
 Material və avadanlıqlar üzrə hesabatın vaxtlı-vaxtında və keyfiyyətli tərtibatını təmin edir.

Vəzifəyə olan tələblər

 Təhsil: Ali təhsil.
 Təcrübə: müvafiq sahə üzrə 5 ildən və tikinti sahəsində 2 ildən az olmayaraq iş stajı
 Kompyuter biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı.
 İdarəetmə və qərar qəbul etmə qabiliyyəti.
 Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
 Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
 Azərbaycan və ingilis dillərində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Digər şərtlər

 Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir;
 Əmək fəaliyyəti prosesində müəssisənin struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir;

Bilməlidir

 Tikinti istehsalatının texnologiyasının əsaslarını;
 Təmir xidmətinin təşkilini;
 Avadanlıqların işləməsinin və təmir işlərinin icrasının planlaşdırılmasının metod və qaydalarını;
 Texnoloji avadanlıqların plan-xəbərdaredici təmir və səmərəli istismarının vahid sistemini;
 Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konsruktiv xüsusiyyətini, iş rejimi və Təyinatını, onun istismar qaydalarını;
 Avadanlıqların istismar, təmir və moderinləşdirilməsinə əməyin elmi təşkilinə qoyulan tələbləri;
 İqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını əmək qanunvericiliyinin əsaslarını;
 Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalar.

E - mail : hr@kontinent.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP