Təcili olaraq aşağıdakı şərtlər üzrə “Baş Mühasib” tələb olunur.
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri İş saatı : Həftədə 6 gün 09:00-18:00 Əmək haqqı: 1000-1500 AZN +Nahar
Vəzifə öhdəlikləri
• Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi; • Vergi, Statistika,DSMF, Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi; • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi; • Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi; • Əmək haqqı, məzuniyyət haqlarının hesablanması; • Daxili nəzarət (audit); • Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək; • Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq;
Təhsil və iş təcrübəsi
• Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir); • Baş mühasib kimi minimum 3 il iş təcrübəsi;
Bacarıq və səriştələr
• Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır; • Komandada işləmə bacarığı olmalı; • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olan kişi və ya qadın namizədlər;
Namizədə tələblər
• Beynəlxalq mühasibatlıq bilgiləri olan (ACCA, F3 maliyyə uçotu sertifikatı olması əlavə üstünlükdür); • MS Office, 1C, BTP, MİKRO mühasibatlıq proqramlarını, EVHF, B1, B3 hesabatlarını mükəmməl bilməli; • ERP proqramlarından hər hansı birinin mühasibatlıq – maliyyə modulu ilə çalışa bilməli; • Yaş həddi: 30-50
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi hr@myfood.com.az e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Baş Mühasib” qeyd etməyi unutmayın.
|