Hüquqşünas - Müqavilələr üzrə mütəxəssis
 
JOB TITLE: Hüquqşünas - Müqavilələr üzrə mütəxəssis
EMPLOYER: AIR Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-06 LAST UPDATED: 2019-08-09 DEADLINE: 2019-09-05

Hüquqşünas - Müqavilələr üzrə mütəxəssis

Namizədə tələblər

Təhsil:Ali (Hüquq)

• Müqavilələrinin hazırlanması (bölmələrinin yığılması), tamlığına/bütövlüyünə nəzarət edilməsi, icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
• Müqavilə danışıqlarının aparılması;
• Müqaviləyə əlavələrin hazırlanması;
• Müqavilələrinin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət;
• Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
• Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
• Müqavilələrin reyestrinin aparılması.

Tələblər:

• Kommersiya hüququ bilikləri;
• Yaş həddi: 24-30;
• Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
• Azərbaycan dili yüksək ,İngilis və Rus dilləri yaxşı səviyyədə olmalı;

Şəxsi bacarıqları:

• Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
• Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
• Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
• İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;
• Nəzarət olmadan vəzifə öhdəliklərini yerinə yetirmə;
• Komandada işləmə bacarığı.

- Müqavilələrlə işləmə təcrübəsi ən azı 1 il olmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma yolu ilə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00.

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Hüquqşünas” sözlərini qeyd edərək hr@airgroup.az e-ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP