Müştəri əlaqələri üzrə Menecer
 
JOB TITLE: Müştəri əlaqələri üzrə Menecer
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-06 LAST UPDATED: N/A DEADLINE: 2019-09-05

Müştəri əlaqələri üzrə Menecer

Vəzifə öhdəlikləri:

 Müştəri tərəfindən daxil olan şikayətlərin və narazılıqların araşdırılması və həll olunmasına çalışmaq;
 Müvafiq olaraq şikayətləri və sorğuları lazımı departamentlərə ünvanlamaq;
 Sifarişləri şirkətin fəaliyyəti üzrə istifadə olunan müvafiq sistem üzərindən qeydiyyatını və hərəkətini təmin və nəzarət etmək;
 Sifarişin icra olunması üçün ehtiyac duyulduqda xidmət və ya avadanlıqların qiymət təklifinin hazırlanmasını və müştəriyə təqdim edilməsinə köməklik etmək;
 İcrası təsdiq olunmuş sifarişlərin tədarük olunmasına nəzarət etmək;
 Tədarük olunmuş avadanlıqların qısa müddətdə müştəriyə çatdırılması üçün gərəkli tapşırığları vermək;
 Sifariş icra olunduqdan sonra tərtib olunaraq imzalanmış aktları qəbul etmək, düzgünlüyünü yoxlamaq, arxivləşdirmək və nüsxələrini mühasibatlığa təhvil vermək;
 Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılmasını həyata keçirmək;
 Şöbənin fəaliyyət sahəsi üzrə hesabatların hazırlanmasında iştirak etmək;
 Aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatların hazırlamaq;

Tələblər:

 Ali təhsil;
 Rus və ingilis dillərini sərbəst bilməli;
 Kompüter proqramlarında sərbəst işləmək bacarığı;
 Ünsiyyəcil, yüksək danışıq qabiliyyəti ;
 İnkişafa meyilli olmalı;
 Kollektivlə işləməyi bacarmalı;
 Uyğun sahə üzrə 2 ildən yuxarı iş təcrübəsi;
 Texniki düşünmə bacarığı;
 Təqdimat bacarığının olması;

Maraqlanan namizdələrdən şəkilli CV-lərini applicants2019@yahoo.com elektron ünvanına “Müştəri Əlaqələri üzrə Menecer” başlığı ilə göndərmələri rica olunur. Əmək haqqı uğurlu namizədlə müzakirə ediləcəkdir. Xahiş edirik nəzərə alasınız ki, yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP