
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “Aqronom” vəzifəsinə işə qəbul elan edir.
Vəzifə və öhdəliklər:
• Kənd təsərrüfatı məhsullarının istehsal texnologiyası sahəsində bilik və təcrübə; • Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri sahəsində bilik və təcrübə; • Herbisidlər, fungisidlər, insektisidlər, onların təsiredici maddələri və istifadəsi sahəsində bilik və təcrübə; • Ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama, suvarma rejimləri üzrə proqramların hazırlanması; • Periodik olaraq istixanada yetişdirilən bitkilərlə bağlı hesabatların hazırlanması.
Tələblər:
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili (İngilis dili sərbəst); • Təhsil: Ali təhsil (Azərbaycan Dövlət Aqrar Universiteti və ya bu ixtisasa yaxın olan sahə üzrə ali təhsil); • İdarəetmə təcrübəsi, analitik düşünmə qabiliyyəti; • Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq bacarığı; • Kompüter bilikləri: MS Office, Outlook;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@greentech.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aqronom” şəklində göstərməyiniz xahiş olunur.
|