Ehtiyyat hissələri üzrə satış mütəxəssisi
 
JOB TITLE: Ehtiyyat hissələri üzrə satış mütəxəssisi
EMPLOYER: Universal Motors DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-02 LAST UPDATED: N/A DEADLINE: 2019-09-01

Universal Motors Şirkətinin əsas fəaliyyət sahəsi Howo, Shacman, Man, Volvo, Ford Dongfeng, XCMG markalı ağır texnikaların ehtiyat hissələri, yağlar, yük və minik maşınların təkərləri, akumulyatorlar və digər məhsullar daxil olmaqla bütün növ avtomobillər üçün yüksək keyfiyyətli məhsul və xidmətlərini təqdim etməklə məşğuldur. Universal Motors Şirkəti Avropa və Asiyanın qabaqcıl ölkələrindən ehtiyat hissələrini ölkəmizə gətirməklə yanaşı həm də yük avtomobillərinin ehtiyat hissələrinin istehsal və satışı ilə məşğul olan Çin Xalq Respublikasının “Jinan Createk Technology Co. Ltd” şirkətinin Azərbaycan Respublikasındaki rəsmi satış nümayəndəsidir. Şirkətin müvəffəqiyyətli xidməti ilə yanaşı, ən böyük önəm verdiyimiz məqamlardan biri də müştəri məmnuniyyətinin olmasıdır. Buna görə də, biz müştəri etibarını qorumaq və əməkdaşlığı genişləndirilmək məqsədi ilə davamlı olaraq xidmətlərimizi inkişaf etdirir və operativliyimizi qoruyuruq. Şirkətimizin mütəxəssisləri daimi olaraq alıcıların suallarını cavablandırır və bütün növ ehtiyat hissələri barəsində məlumat verir. Bizim məqsədimiz alıcılara daim münasib qiymətlərlə orijinal məhsul təqdim etməkdir.

Şirkət hazırda ehtiyyat hissələri üzrə satış mütəxəssisi vəzifəsinə uyğun işçi axtarır.

Tələblər:

• Ali təhsil (texniki biliyi olması arzuolunandır)
• Azərbaycan dili biliyi, (Rus və İngilis dili orta səviyyədə arzuolunandır)
• Kompyuter bilikləri (word, excel)
• Ehtiyyat hissələrinin bazarı və satışı üzrə təcrübə (minimum 2 il)
• Müştəri ilə ünsiyyət qurmaq bacarığı
• Təmsil etmə qabiliyyəti
• Aktiv və çalışqan
• Sürücülük vəsiqəsi - B kateqoriyalı arzuolunandır

İşin təsviri:

• Ehtiyat hissələrin satışını həyata keçirir
• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması
• Şirkətin satış həcminin artırılmasına dəstək
• Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
• İş ilə əlaqədar maliyyə sənədləşməsinin aparılması

Başlanğıc əmək haqqı - 1000 AZN, müsahibə əsasında artırıla bilər
İş yeri: Baki şəh. Binəqədi r. Xocahəsən qəs.
İş qrafiki: 6 gün /9:00-18:00

Vakansiyaya uyğun namizədlər aşagıdakı email adresinə CV göndərə bilərlər:

hr@universalmotors.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP