Servis üzrə menecer (ağır texnika üzrə: dirsəkli, teleskopik, qayçı tipli qaldırıcılar və s.)
 
JOB TITLE: Servis üzrə menecer (ağır texnika üzrə: dirsəkli, teleskopik, qayçı tipli qaldırıcılar və s.)
EMPLOYER: Caspian Services Group LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-02 LAST UPDATED: N/A DEADLINE: 2019-09-01

İşəgötürən: “Caspian Services Group” MMC

Vəzifə: Servis üzrə menecer (ağır texnika üzrə: dirsəkli, teleskopik, qayçı tipli qaldırıcılar və s.)

Cins: Kişi

İş rejimi: Tam

İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)

Xəritədə yeri: Ətraflı bu keçiddə

Web: www.caspianservices.az

İş şərtləri:

• Stabil iş
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-cı gün 09:00-dan 14:00-a qədərdir
• İstirahət: Bazar günü
• İcbari sığorta
• Mehriban kollektiv

Tələblər:

• Ali texniki təhsil
• İş təcrübəsi: Minimum 3-5 il
• Sahə üzrə biliklər
• Analoji peşə üzrə kurslar
• Bu sahə üzrə sertifikat
• Dil bilikləri: Azərbaycan, rus, ingilis
• Kompyuter Bilikləri: Mc Office
• Rəhbər kimi fəaliyyət təcrübəsi
• Sağlam, fiziki dözümlü, məsuliyyətli olmalıdır
• Komandada işləmə bacarığı olmalıdır
• Əmək intizamının yüksək olması
• Təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi

Servis üzrə menecer bilməlidir:

• Elektron avtokataloqları mütləq bilmək;
• Xüsusi texnikanın quruluşunu bilmək;
• Əsas brendlərin istehsalçılarını tanımaq;
• Avadanlıqların quraşdırılması və təmiri üsullarını, təmir işlərinin təşkili və texnologiya üsullarını;
• Qüsür cədvəlləri, pasportların tərtib edilmə qaydasını, avadanlıqların istismar üzrə təlimatları və digər texniki sənədləşmələri;
• Avadanlıqların təmirə qəbul edilməsi və təmirdən sonra təhvil verilməsi Qaydalarını;
  Avadanlıqlarının istismarı, təmiri və modernləşdirilməsi, yenilənməsi zamanı əməyin səmərəli təşkilinin tələblərini;
  Müəssisəyə təmir xidmətinin qabaqcıl ölkədaxili və xarici təcrübəsini;
• İqtisadiyyatın istehsalatın əməyin və idarəetmənin təşkilinin Əsaslarını;
• Ekoloji, əmək qanunvericiliyinin əsaslarını;
• Daxili nizam qaydalarını bilmək; Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
• Kargüzarlıq və sənəd dövriyəsi işlərini;
• Yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir.

Vəzifə öhdəlikləri:

• Vəzifə təlimatını, SƏTƏM, İR və müəssisə daxili qaydaları bilməlidir;
• Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
• Servis tələblərinin tərtib edilməsi;
• İclaslarda iştirak etməli;
• Daxili təlimlərdə iştirak etməli;
• İş ilə bağlı ezamiyyətlərə getməli;
• Bütün zəruri sənədlərin hazırlanması;
• Şirkətə məxsus olan bütün texnika və avadanlığa görə cavabdehlik daşımaq;
• Texnikanın iş saatına uyğun olaraq, onun servisi üzrə həftəlik/aylıq planın hazırlanması;
• Servis işçilərini idarə etmək və yaranmış nasazlıqların qısa müddətdə aradan qaldırılmasına nəzarət etmək;
• Texniki heyəti təlimatlandırmaq;
• Gündəlik texniki təhlükəsizlik təlimatlarını keçirmək və müvafiq blankda qeydlər aparmaq;
• Aylıq hesabatların hazırlanması (işçinin iş saatı, texnikanın iş saatı və s.);
• Hər ayın əvvəlində lazım olan ehtiyat hissələrinin siyahısını hazırlamaq;
• Şirkətə məxsus texnikanın aylıq yoxlama planını hazırlamaq, texnikanın yoxlama nəticələri əsasında hesabat hazırlamaq;
• Texnikanın gündəlik təmir nəticələri əsasında hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Görülən təmir işləri haqqında müştəriyə məlumat vermək;
• Müştərinin tələblərini vaxtında yerinə yetirmək;
• Müştərilərin şikayətlərini araşdırmaq, həlli yollarını tapmaq, bu barədə hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Hər həftə yenilənmiş daimi və potensial müştərilərin siyahısını rəhbərliyə təqdim etmək;
• Şirkət qarşısında qoyulmuş məqsədlərə nail olmaq üçün görülən işlərə və şirkətin daxili siyasətinə riayət olunmasına nəzarət; şirkətin prosedur və qaydarına riayət etmək;
• Bütün görüləcək işlər haqda rəhbərliyə məlumat vermək;
• İşlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə bütün şöbələr ilə mütəmadi görüşlər keçirmək
• Avadanlığın aylıq yoxlama cədvəlinin hazırlanması və cədvələ uyğun yoxlamanın keçirilməsinə nəzarət;
• Texnika və avadanlıq üçün alınmış ehtiyat hissələrinin texnki uyğunluğunu baxışdan keçirmək;
• Texnikanın servisinə, təmirinə nəzarət etmək;
• Servis xidmətinə aid bütün şirkətdaxili və şirkətxarici tapşırıqları işçilər arasında bölmək və yerinə yetirilməsinə nəzarət etmək;
• İşçi qüvvəsinin istifadə olunması planı. Servisə aid olan işçilərin işə qəbulu və yerləşdirilməsini təşkil etmək. Servisə tabe olan işçilər arasında iş bölgüsü aparmaq;
• Servis şöbəsində çalışan bütün işçilərin işinə/fəaliyyətinə nəzarət etmək və əlaqələndirmək;
• İşçilərin iş fəaliyyətinin rüblük qiymətləndirməsini həyata keçirmək;
• Servis işçilərinin sayını və iş keyfiyyətini nizamlamaq;
• Servis işçilərinin iş davamiyyətinə nəzarət etmək;
• Həftədə bir dəfə işçilərin səhhətində psixoloji cəhətdən heç bir problemin olmadığına əmin olmaq, iş saatları ərzində bütün diqqətin yalnız işə yönəldiyinə əmin olmaq;
• Servis işçilərinin ezamiyyət vərəqələrini hazırlamaq və aidiyəti üzrə təqdim etmək.
• İş gününün sonunda həvalə edilmiş avtomobili müəyyən olunmuş mühafizə olunan məntəqədə saxlamaq;
• Anbarda malların inventarizasiyasında iştirak etmək;
• Anbara malların qəbul edilməsində iştirak etmək;
• Anbardan malların təhvil verilməsini anbar proseduruna əsasən həyata keçirmək;
• İşi düzgün və operativ aparmaq üçün digər şöbələr ilə razılaşdırmaq və onlar ilə daima əlaqə saxlamaq;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.
• Vəzifəsinin icrası ilə əlaqədar digər öhdəlikləri yerinə yetirməlidir.

Qeyd:

• İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
• Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Hr@caspianservices.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində Servis üzrə menecer göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
• Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP