
Vəzifə: İstehsal müdiri
Vəzifə öhdəlikləri:
- İstehsal prosesini son məhsulun keyfiyyətli olması hədəfi ilə düzgün planlanlamaq və nəzarət etmək - Periodik istehsal planlarının hazırlanmasına nəzarət etmək - Xammal və məhsul itkilərini minimuma endirmək üçün təklif və tədbirlər planı hazırlamaq - Aylıq hesabatların-süd itkisi, istehsal maşınlarının səmərəliliyi, işçi səmərəliliyi, enerji istifadəsi, istehsal üzrə hazırlayaraq üst rəhbərə təqdim etmək - İstehsal maşınlarının texniki qulluğunu planlamaq və icrasına nəzarət etmək - Şirkət məhsullarının keyfiyyət və qida təhlükəsizliyinin tələblərinə uyğun istehsal edilməsini təmin etmək - Proseslərin yaxşılaşdırılması məqsədilə Satınalma, Keyfiyyət, Texniki qulluq bölmələri ilə koordinasiyalı işləmək - Məhsul geriqaytarmalarını təhlil etmək, səbəblərini araşdırmaq və minimuma endirmək üçün tədbirlər görmək - Tabeçiliyindəki işçi heyətini inkişaf etdirmək, fəaliyyət səmərəliliyini artırmaq - Üst rəhbəri göstəriş və tapşırıqlarını icra etmək
Namizədə tələblər:
Təcrübə: müvafiq sahə və idarəçilik üzrə minimum 3 illik təcrübə Təhsil: Ali (Qida mühəndisliyi) Məsuliyyətli, komandada və stressli vəziyyətində işləməyi bacaran Yüksək analitik düşüncə, ünsiyyət bacarığı və liderlik bacarığı, cəld, qətiyyətli, strateji təfəkkürə sahib olmalı
İş yeri: Atena Süd zavodu, Ağcabadi rayonu, Ağabəyli kəndi İş şəraiti: 6 günlük iş qrafiki Nahar şirkət tərəfindən verilir. Əmək haqqı: müsahibə əsasında
Maraqlanan namizədlərdən mövzu başlığına vakansiya adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur. Qeyd: Yanlız CV təhlil mərhələsindən keçən namizədlər müsahibəyə dəvət ediləcək.
|