İstehsal müdiri
 
JOB TITLE: İstehsal müdiri
EMPLOYER: Atena Group CSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-01 LAST UPDATED: N/A DEADLINE: 2019-08-31

Vəzifə: İstehsal müdiri

Vəzifə öhdəlikləri:

- İstehsal prosesini son məhsulun keyfiyyətli olması hədəfi ilə düzgün planlanlamaq və nəzarət etmək
- Periodik istehsal planlarının hazırlanmasına nəzarət etmək
- Xammal və məhsul itkilərini minimuma endirmək üçün təklif və tədbirlər planı hazırlamaq
- Aylıq hesabatların-süd itkisi, istehsal maşınlarının səmərəliliyi, işçi səmərəliliyi, enerji istifadəsi, istehsal üzrə hazırlayaraq üst rəhbərə təqdim etmək
- İstehsal maşınlarının texniki qulluğunu planlamaq və icrasına nəzarət etmək
- Şirkət məhsullarının keyfiyyət və qida təhlükəsizliyinin tələblərinə uyğun istehsal edilməsini təmin etmək
- Proseslərin yaxşılaşdırılması məqsədilə Satınalma, Keyfiyyət, Texniki qulluq bölmələri ilə koordinasiyalı işləmək
- Məhsul geriqaytarmalarını təhlil etmək, səbəblərini araşdırmaq və minimuma endirmək üçün tədbirlər görmək
- Tabeçiliyindəki işçi heyətini inkişaf etdirmək, fəaliyyət səmərəliliyini artırmaq
- Üst rəhbəri göstəriş və tapşırıqlarını icra etmək

Namizədə tələblər:

Təcrübə: müvafiq sahə və idarəçilik üzrə minimum 3 illik təcrübə
Təhsil: Ali (Qida mühəndisliyi)
Məsuliyyətli, komandada və stressli vəziyyətində işləməyi bacaran
Yüksək analitik düşüncə, ünsiyyət bacarığı və liderlik bacarığı, cəld, qətiyyətli, strateji təfəkkürə sahib olmalı

İş yeri: Atena Süd zavodu, Ağcabadi rayonu, Ağabəyli kəndi
İş şəraiti: 6 günlük iş qrafiki
Nahar şirkət tərəfindən verilir.
Əmək haqqı: müsahibə əsasında

Maraqlanan namizədlərdən mövzu başlığına vakansiya adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız CV təhlil mərhələsindən keçən namizədlər müsahibəyə dəvət ediləcək.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP