Kreativ direktor / baş dizayner
 
JOB TITLE: Kreativ direktor / baş dizayner
EMPLOYER: Nikoil Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-31 LAST UPDATED: N/A DEADLINE: 2019-08-30

Kreativ direktor / baş dizayner

Tələblər:

• Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
• Azərbaycan və rus dillərini sərbəst bilmək;
• Qrafik dizayn proqramları ilə mükəmməl işləmə bacarığı (Adobe Illustrator, Adobe Photoshop, Adobe After Effects, Adobe InDesign);
• Kreativ yaradıcılıq bacarığı olmalı;
• Dəqiq və detallara diqqətli olmalı;
• Kollektivdə işləmək bacarığı olmalı;
• Təşəbbüskar və çevik olmalı;
• Portfolio mövcudluğu;

Əsas öhdəliklər:

- Gələcək ünsiyyət üçün yaradıcı ideyaların hazırlanması;
- Təsdiq edilmiş promosyonların və kampaniyaların həyata keçirilməsində aktiv iştirak;
- Digər reklam şirkətlərinin işinin monitorinqi;
- Brendin idarəedilməsi departamentinin hər kommunikasiya fəaliyyəti üçün vizual konsepsiyanın yaradılması və proseslərin yerinə yetirilməsi;
- Cari dizayn trendləri üzrə tədqiqatın aparılması və maraqlı tərəfin ehtiyaclarına əsaslanaraq yatırım edilməli potensial sahələrin müəyyən edilməsi;
- Qrafik kompüter proqramlarını və alətləri ilə işləməsi;
- Reklam kampaniyalarının xüsusiyyətlərini, reklam kampaniyalarının forma və üsullarını bilməli;
- Dizaynın əsaslarını bilməli;
- Kreativ direktorun işini tənzimləyən sifarişləri, göstərişləri, əmrləri, və digər normativ sənədlərlə işləməsi;
- Media, reklam, istehlakçıların müdafiəsi, müəllif hüquqlarını və qanunvericilikləri bilməli;

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Kreativ direktor / baş dizayner) qeyd edərək, cv@nikoil.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP