Mebel Satış Təmsilçisi
 
JOB TITLE: Mebel Satış Təmsilçisi
EMPLOYER: Subrano DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-31 LAST UPDATED: 2019-07-31 DEADLINE: 2019-08-30

Mebel Satış Təmsilçisi

SUBRANO 1997-ci ildə fəaliyyətə başlamış, Azərbaycanda ilk sənayevi üsul ilə mebel istehsal edən firmalardandır. 2018-ci ildən, Ağıllı Mebel istehsalına başlamışdır. Eyni zamanda GID (Grand Interior Design) və Castiron’s brendi adı altında müxtəlif çeşidli divan, mətbəx, uşaq dəsti istehsal və satışı ilə məşğuldur. Azərbaycan bazarında azsaylı ağıllı mebel məhsul istehsalçılarındandır. Müxtəlif kateqoriyalar üzrə 200-ə qədər məhsul çeşidi vardır.

Tələblər:

Yaş: 22 – 40
Cins: Fərqi yoxdur
Təhsil: Orta yaxud Ali təhsil
AutoCAD və 3Ds max proqramların biliyi böyük üstünlükdür.
İş təcrübəsi: Xüsusiylə mətbəx mebelinin satış sferasında minimum 1 il iş təcrübəsi arzu olunandır; (Təcrübəsiz, yüksək qabiliyyət dəyərləndirilə bilər.)
Planlaşdırma, analiz və idarəetmə bacarığı;
Dil bilgiləri: Azərbaycan, Rus dillərində sərbəst yazı və danışıq qabiliyyəti;
Məsuliyyətli, İnsancıl və Bacarıqlı

Vəzifələr:

- Əlaqə yaradılmış şirkətlərin və onların nümayəndəliklərinin məlumat bazasının yaradılması;
- Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
- Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş produksiyalarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi.
- Müştəridən və yaxud ustanın müştəri ünvanına gedərək ölçü götürülməsi və dizayn xidmətinin göstərməsini kordinasiya etməsi
- Ödəmə şərtləri və endirimlərin razılaşdırılması
- Hər bir mebel modelinin eksklyuziv olaraq müştəri ilə razılaşdırılıb təsdiqini aldıqdan sonra istehsal ilə əlaqə yaradılaraq sifariş edilməsi.

İş barədə məlumat:

Əmək haqqı: 350 AZN (Sınaq müddətindən sonra artabilər) + BONUS (Hər iş başına) İş qrafiki: saat 10:00-dan 18:00-dək, həftə içi 1 gün istirahət (Şənbə və Bazar günləri istirahət günü ola bilməz.) Ünvan: Bakı şəhəri, Abşeron, Bizim Ev Mebel Şəhəri

Uyğun namizəd nə etməli?

Mütləq Şəkilli və PDF formatda CV Mətn mövzu hissəsində “Mebel Satış Təmsilçisi” Mütləq qeyd etməli və info@subrano.co e-poçt ünvanına CV göndərməlidir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP