MDF/Laminat Ustası
 
JOB TITLE: MDF/Laminat Ustası
EMPLOYER: Subrano DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-31 LAST UPDATED: 2019-07-31 DEADLINE: 2019-08-30

MDF/Laminat Ustası

SUBRANO 1997-ci ildə fəaliyyətə başlamış, Azərbaycanda ilk sənayevi üsul ilə mebel istehsal edən firmalardandır. 2018-ci ildən, Ağıllı Mebel istehsalına başlamışdır. Eyni zamanda GID (Grand Interior Design) və Castiron’s brendi adı altında müxtəlif çeşidli divan, mətbəx, uşaq dəsti istehsal və satışı ilə məşğuldur. Azərbaycan bazarında azsaylı ağıllı mebel məhsul istehsalçılarındandır. Müxtəlif kateqoriyalar üzrə 200-ə qədər məhsul çeşidi vardır.

Tələblər: 

Yaş: 24 – 45
Cins: Kişi
Təhsil: Orta yaxud Ali təhsil
İş təcrübəsi: Minimal 2 illik iş təcrübəsi
Məsuliyyətli, İnsancıl və Bacarıqlı
MDF və Laminat kəsim, montaj və müvafiq işləmələri üçün lazım olan maşın, aparat və əl alətləri ilə işləmək təcrübəsi olmalı
Komandada işləmək bacarığı
Əhmədli qəsəbəsində və ya Əhmədli ətrafında yaşayan namizədlərə üstünlük verilir

Vəzifələr:

- Alət və avadanlıqlardan düzgün istifadə etmək,sıradan çıxdıqda dərhal baş mexanikə məlumat vermək
- İş yerinin təmiz və səliqəli saxlamaq, əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək
- MDF/Laminat materiallarından hazırlanan stol/stul mebellərinin istehsalı ilə bağlı müxtəlif işlər

İş barədə məlumat:

Əmək haqqı: 450 AZN (Sınaq müddətindən sonra artabilər) + BONUS (Hər iş başına)
İş qrafiki: saat 10:00-dan 18:00-dək, həftənin 6 günü
İstehsal sahəsi, Əhmədli qəsəbəsində yerləşir.
Ünvan: Bakı şəhəri, Əhmədli, Ukrayna dairəsi

Uyğun namizəd nə etməli?

Mütləq Şəkilli və PDF formatda CV Mətn mövzu hissəsində “MDF/Laminat Ustası” Mütləq qeyd etməli və info@subrano.co e-poçt ünvanına CV göndərməlidir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP