İnsan resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan resursları üzrə mütəxəssis
EMPLOYER: Kaspi Təhsil Şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-30 LAST UPDATED: N/A DEADLINE: 2019-08-29

“Kaspi” Təhsil Şirkəti İnsan resursları üzrə mütəxəssis vəzifəsi üçün vakansiya elan edir.

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 10 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı əməkdaşlarının fərdi və professional inkişafı üçün lazımi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasını inkişaf etdirmək istəyən namizədləri öz komandasına dəvət edir.

Minimum vakansiya tələbləri:

• Ali təhsil (İqtisadiyyat, Menecment, Biznesin təşkili və İnsan resurslarının idarə edilməsi sahəsində bakalavriatura və ya magistratura təhsili alanlara üstünlük verilir);
• Sahə üzrə minimum 2 illik iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

• Əmək qanunvericiliyi ilə bağlı bilik və əmək məcəlləsi ilə işləmək bacarığı;
• Azərbaycanda dilində səlis, ingilis dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı. Rus dili biliyi üstünlükdür;
• MS Word, MS Excel, MS PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;
• Analitik təhlil və qərar qəbuletmə qabiliyyəti;
• Müxtəlif ölçülü auditoriya qarşısında təqdimat bacarığı;

Vəzifə öhdəlikləri:

• Şirkətin ştat cədvəlinin idarə edilməsi və tələb olunan bütün dəyişikliklərin vaxtında aparılması;
• İnsan resurslarının planlaşdırılması - əmək bazarının araşdırılması və təhlil olunması, Şirkətin struktur bölmələri üzrə ehtiyacların müəyyən olunması və işəqəbul prosesinin təşkil və icra olunması;
• İnsan Resursları elektron sistemlərini idarə etmək və təkmilləşdirmək;
• Şirkətinin İR departamentinin strategiyasının, qayda, prosedur, təlimat və siyasət kimi daxili sənədlərin hazırlanmasında, təkmilləşdirilməsində iştirak etmək və tətbiqinə nəzarət etmək;
• İllik olaraq Şirkətin Təcrübə Proqramını təşkil etmək, idarə etmək və təkmilləşdirmək;
• Müntəzəm olaraq əməkdaşların illik performans qiymətləndirilməsi prosesinin təşkili, idarə edilməsi və izlənməsini təmin etmək;
• İnsan Resursları Departamentinə ünvanlanmış daxili və işə qəbul prosesi ilə bağlı kənar sorğu və şikayətləri araşdırmaq, cavablandırmaq, aidiyyəti şəxslərə yönləndirmək, izləmək və prosesi idarə etmək;
• İR Departamentinin sənədləşdirmə və digər inzibati istiqamətləri ilə bağlı işləri təşkil etmək, icra etmək və nəzarət etmək;
• Şirkədaxili keçirilən tədbir, iclas və görüşlərin qaydalara uyğun təşkilinin icrasını təmin etmək və izləmək;
• Digər tapşırılan mümkün vəzifələri yerinə yetirmək.

İş saatları: I-V günlər, 9:00-18:00
İş yeri: “Kaspi” Təhsil Şirkətinin Baş ofisi (Ünvan: Xocalı pr.86)

Elan tarixi: 29 iyul 2019
Son müraciət tarixi: 15 avqust 2019

• Maraqlananlar http://kaspi.edu.az/career keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP