
SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS
Vəzifə öhdəlikləri:
• Gündəlik və aylıq satış hesabatlarının satış müdirinə təqdim olunması; • Yeni müştərilərin aşkar edilməsi, potensial müştərilərin müəyyənləşdirilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması; • Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflərin hazırlanması; • Müştərilərin tələblərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək; • Müştərilərlə görüşlər keçirmək, təqdimat və təkliflər hazırlamaq; • Satış proseslərinin reallaşdırılması və Satışın yüksək səviyyədə həyata keçirilməsi; • Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq • Rəhbərliyin həvalə etdiyi işləri yerinə yetirmək.
Tələblər:
• 23-35 yaş aralığında olan namizədlər; • Ali və ya natamam ali təhsili olan (tibbi təhsili olanlara üstünlük verilir); • Dil bilikləri olan (Rus dilində danışıq bacarığı, İngilis dili arzu olunan); • Satış sahəsində ən az 2 il iş təcrübəsi olan (tibbi avadanlıq, tibbi material və s.); • MS Office proqramlarını bilən; • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan; • Karyerasını satış sahəsində qurmaq istəyi olan; • Biznes etikası və biznes görünüşə sahib olan; • Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qura bilən; • Analitik düşünmə qabliyyəti olan; • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı olan; • Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmə və inandırmaq bacarığı olan; • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olan; • Şəxsi avtomobilin olması üstünlükdür.
İş haqqında məlumat:
- İş saatları: həftəiçi 09:00-18:00 şənbə günü 09:00-13:00 - Əmək haqqı: Müsahibə əsasında (sabit maaş+satış %-i)
Email address: hr@medisis.az
|