Satınalma və lojistika üzrə mütəxəssis
 
JOB TITLE: Satınalma və lojistika üzrə mütəxəssis
EMPLOYER: Asfil MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-30 LAST UPDATED: N/A DEADLINE: 2019-08-29

Asfil MMC Türkiyənin ASAŞ, Amerikanın Fleetguard və Donaldson filterlərin, həmçinin, həm minik və yük avtomobillərinin, həm də sənaye yağların Azərbaycanda rəsmi distribyutorudur. Şirkətin əsası 2003-ci ildə qoyulmuşdur və uğurlu fəaliyyəti diqqət mərkəzindədir.

Vəzifə: Satınalma və lojistika üzrə mütəxəssis

İşin təsviri:

- Tədarük ediləcək məhsulların haradan alınacağını, çatdırılma şərtlərini bilməli;
- Avadanlıqların alınması ilə bağlı lazımı danışıqların aparılmasında və ya rəsmi yazışmaların həyata keçirilməsi;
- Şirkətin satınalma və logistika əməliyyatlarının vaxında yerinə yetirilməsini təmin etmək və rəsmi sifariş sənədlərinin ( müqavilələr, spesifikasiyalar, fakturalar, instruksiyalar, məktublar, sifariş formaları, ödəmə formaları və təsdiqləri) sistemli hazırlanması, yığılması və aidiyyati şəxslər tərəfindən təsdiq edilməsini təmin etmək;
- Satınalma işləri ilə bağlı yerli və xarici təchizatçılarla düzgün əməkdaşlıq əlaqələri qurmaq, bu əlaqələrin daha gücləndirilməsini təmin etmək, beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması;
- Satınalma planının hazırlanması, hər bir satınalma tədbiri üzrə müvafiq fəaliyyət və müqayisə cədvəlinin hazırlanması, satınalmalarla bağlı məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi;
- Yeni layihələrin həyata keçirilməsinə kömək etmək üçün davamlı olaraq öz biliyini artırmaq;

Namizadə dair tələblər:

Ali təhsil ( iqtisadiyyat, satış və ya müvafiq sahədə) ;
Satınalma və təchizat sahəsində ən azı 3-5 il iş təcrübəsi;
Azərbaycan, rus, ingilis dilləri mükəmməl bilənlərə üstünlük verilir;
MS Office paketi proqramları, xüsusilə Excel proqramı üzrə yüksək səviyyədə bilik;
Yüksək analitik qabiliyyət;
Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları;

İş şəraiti:

Həftədə 5 iş günü, 2 gün istirahət;
Nahar şirkət tərəfindən təmin edilir;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

CV-nizi azevakansiya@gmail.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satınalma və lojistika üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP