Satış üzrə mütəxəssis
 
JOB TITLE: Satış üzrə mütəxəssis
EMPLOYER: Asfil MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-30 LAST UPDATED: N/A DEADLINE: 2019-08-29

Asfil MMC Türkiyənin ASAŞ, Amerikanın Fleetguard və Donaldson filterlərin, həmçinin, həm minik və yük avtomobillərinin, həm də sənaye yağların Azərbaycanda rəsmi distribyutorudur. Şirkətin əsası 2003-ci ildə qoyulmuşdur və uğurlu fəaliyyəti diqqət mərkəzindədir.

Vəzifə: Satış üzrə mütəxəssis

İşin təsviri:

- Satışların artırılması və rəhbərlik tərəfindən qoyulmuş satış hədəflərinə çatmaq;
- Satış strategiyasının hazırlanması və icrasına nəzarət;
- Yeni müştəriləri cəlb etmək;
- Müştərilərlə güclü, uzunmüddətli münasibətlər qurmaq və onların tələblərini başa düşərək, əməkdaşlıq etmək;
- Satış, gəlir və xərc hesabatları rəhbərliyə təqdim etmək;
- Korporativ satış ilə bağlı bazar araşdırmasının aparılması, şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması və buna uyğun məhsul və qiymət strategiyası təyib etmək, korporativ satış planının tərtib edilməsi;

Namizadə dair tələblər:

Ali təhsil (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Texniki Universitetinin məzunlarına üstünlük veriləcək);
İş təcrübəsi 3-5 il avtomobil və texnika sektorunda;
B kateqoriyası üzrə sürücülük vəsiqəsi;
MS Office proqramlarından istifadə bacarığı;
Dil bilikləri: Azərbaycan dili, Rus dili;
Biznesin anlaşılması və sektoru təhlil etmək bacarığı;
Qoyulmuş plan və məqsədlərə nail olmaq bacarığı;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və hədəf yönlü olmalı

İş şəraiti:

Həftədə 5 iş günü, 2 gün istirahət;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
Əmək haqqı: 600 azn+bonus;

CV-nizi azevakansiya@gmail.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP