Baş Aşbaz
 
JOB TITLE: Baş Aşbaz
EMPLOYER: Capital Towers (Dolça Restaraunt) DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-26 LAST UPDATED: N/A DEADLINE: 2019-08-25

Capital Towers (Dolça Restaraunt)

Tələb olunan keyfiyyətlər:

- Minimum 5 illik iş təcrübəsi.
- Gündəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq.
- Ünsiyyət qurma bacarığı; büdcənin tərtib etmək və ona nəzarət etmək.

- Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.

İşin funksiyaları:

- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
- Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
- Xüsusi tədbirlərin sifarişi zamanı müştəri ilə görüşüb menyu hazırlamaq və tələb olunan ərzağın miqdarı barədə hesabat hazırlamaq.
- Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
- Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
- Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq.
- Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək.
- Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək.- Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək.

Otel sahəsində iş təcrübəsi olan əməkdaşlara üstünlük veriləcək.

Qeyd olunan tələblərə uyğun olan namizədlər aşağıdakı keçiddən istifadə edə bilərlər
https://careers.gilanholding.com/v/5002?lang=az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP