Keyfiyyətə nəzarət üzrə menecer
 
JOB TITLE: Keyfiyyətə nəzarət üzrə menecer
EMPLOYER: Xırman DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-15 LAST UPDATED: 2019-08-15 DEADLINE: 2019-09-14

Keyfiyyətə nəzarət üzrə menecer

• İstehsal olunan məhsulların fiziki-kimyəvi ve mikrobiolojik analizlərinə nəzarət etmək.
• Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət;
• Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək,
• Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması
• Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların , problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlər , Keyfiyyətsiz məhsulların və ya xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planı və işlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
• Müəssisəyə daxil olan xammal, yarımfabrikatlar və digər məhsulların keyfiyyət standartlarına və texniki şərtlərə uyğunluğuna nəzarət etmək. İstehsal prosesinin bütün mərhələlərində məhsulun keyfiyyətinə qablaşdırılmasına, eləcə də anbarlarda düzgün saxlanılmasına operativ nəzarəti təşkil etmək;
• Zavodun bütün ərazisində sanitariya və gigiyena normalarına əməl edilməsinə nəzarət etmək;
• Məhsulun keyfiyyətinin yaxşılaşdırılması, daxili və xarici bazarların tələbat səviyyələrinə uyğunlaşdırılması üçün tədbirlər hazırlayır və həyata keçirilməsini təşkil etmək;

Namizədə tələblər

• Ali təhsil (Standartlaşdırma və sertifikasiya),
• Keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli,
• Qida sahəsində iş təcrübəsi mütləqdir
• Laboratoriyada aparılan analizlərə aid cihaz və avadanlıqları yaxşı səviyyədə istifadə edə bilməli;
• Bu sahədə ən azı 5 illik iş təcrübəsi
• Yaş 30-45 arası
• Əmək haqqı namizədin bilik və bacarıqları əsasında təyin ediləcəkdir

CV-nizi “ Keyfiyyətə nəzarət üzrə menecer “ qeyd edib salima.damirova@xirman.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP