İstehsalat üzrə Dispetçer
 
JOB TITLE: İstehsalat üzrə Dispetçer
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-25 LAST UPDATED: N/A DEADLINE: 2019-08-24

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

İstehsalat üzrə Dispetçer

Vəzifə öhdəlikləri:

• Günlük olaraq istehsalat sahəsinə qəbul edilən və göndərilən hazır məhsul, xammal və material dövriyyəsinə nəzarət.
• Günlük / növbəlik istehsal miqdarlarının və xammal / material istifadə miqdarlarının hesabatının hazırlanması və proqrama işlənməsi.
• Sahədəki avadanlıqların istehsalın güclərinin və məhsulların sərfiyyat kartlarının tələb edilən standartlara uyğun istifadəsinə nəzarət.
• İstehsal planlarına əsasən sahənin günlük / növbəlik iş əmrlərinin çıxarılması və planların yerinə yetirilməsinə nəzarət.
• İstehsal planlarına əsasən xammal və material ehtiyaclarının çıxarılması, günlük / növbəlik sifarişlərin xammal anbarına bildirilməsi.
• MRP–də istehsal sahəsinə aid əməliyyatların idarə edilməsi və alınan məlumatların düzgünlüyünə nəzarət.
• Məhsulların sərfiyyat kartlarına aid məlumatların yenilənmələrinin qeydiyyatının aparılması. Xronometrajların və kənarlaşmaların qeydiyyatının aparılması.
• Yaranan dayanma və digər problemlərin qeydiyyatının aparılması və araşdırılması.
• İstehsal fəaliyyətinin daha effektiv təşkili üçün araşdırmaların aparılması və təkliflərin verilməsi.
• Əlavə olaraq tələb olunan əməliyyatların yerinə yetirilməsinə dəstək və hesabatların hazırlanması.

Namizədə tələblər:

• Yaş həddi – 23-30.
• Ali təhsil (sənaye mühəndisliyi).
• İstehsalat sahəsində təcrübə (1 il və daha çox)
• İstehsalat proseslərindən anlayışı olmalı, mal-material dövriyyəsini idarə etmək bacarığı olmalı, MRP anlayışı olmalı,
• MS Office proqramlarını bilməli (xüsusən Excel)
• ERP proqramlarla iş təcrübəsinin (bacarığının) olması
• İstehsalatla əlaqədar hesabatların hazırlanması.
• Dil bilikləri (Azərbaycan dili, Rus dili)

Əlavə şərtlər:

• Həftədə 6 iş günü;
• Nahar şirkət hesabına verilir;
• Servis xidməti fəaliyyət göstərir;
• Əmək haqqı danışıq əsasında.

Ünvan: Böyükşor 15A, AZ1029, Bakı, Azərbaycan

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=90 və ya hr@metak.az ünvanına
göndərərək, 25.08.2019–cu il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP