Servisdə anbardar-təcrübəçi
 
JOB TITLE: Servisdə anbardar-təcrübəçi
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-24 LAST UPDATED: N/A DEADLINE: 2019-08-23

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi ir@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Servisdə anbardar-təcrübəçi

Vəzifələr:

• Anbar işini mərhələli şəkildə öyrənmək;
• Anbara daxil olan malların tələb olunan qaydada 1C sistemində qeydiyyatının aparılması və təmir olunduqdan sonra anbara göndərilməsinə nəzarət;
• Cihazların hərəkətinin nəzarəti;
• Təmirlərin qeydiyyatının aparılması;
• Ehtiyat hissələrinin qəbulu və hərəkətinə nəzarət;
• Gündəlik və aylıq hesabatların aparılması;
• Servis anbarının qalığına nəzarət;
• istifadədə olan avandanlıqlara nəzarət;
• Müştəri istifadə cihazlarının hərəkətinə və qalığına nəzarət;

Tələblər:

• Ali təhsil
• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri, İngilis dili biliyi arzu olunandır
• 1C proqramını bilməsi vacibdir
• Mühasibatlıq sahəsində biliklər və təcrübə arzu olunandır
• Komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki: I-VI günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Servisdə anbardar-təcrübəçi” qeyd edərək CV formasını ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP