MEP işləri üzrə mühəndis
 
JOB TITLE: MEP işləri üzrə mühəndis
EMPLOYER: SMTS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-29 LAST UPDATED: N/A DEADLINE: 2019-08-28

MEP işləri üzrə mühəndis

Vəzifə öhdəlikləri:

- Təmir tikinti işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
- Texniki hesablamalar aparmaq;
- Hazırlanmış xüsusi planlar təqdim etmək və təsdiqləndikdən sonra onları daxili və xarici icraçılara göndərmək;
- Layihə üzrə iş həcmlərinin çıxarılması;
- Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
- MEP layihəsinin hazırlanması və müştəri tələblərini nəzərə almaq;
- Podratçı və subpodratçı müqavilələrinı və işlərini idarə etmək;
- AutoCAD proqramından istifadə edərək, bütün təsvirlər hazırlamaq;
- Tikinti, elektrik, su çəkilişi (MEP) və istilik, havalandırma və isitmə (HVAC), o cümlədən inşaat qurğularının müxtəlif aspektləri ilə bağlı layihələndirilməsi və tikinti planları, təsvirləri və spesifikasiyalarını nəzərdən keçirmək;
- Tikinti müqaviləsi sənədlərinə uyğun olaraq təqdimatların nəzərdən keçirilməsi və rəhbərliklə müştəri arasında texniki əlaqə kimi çıxış etməli;
- Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı qeydlərini aparmaq;
- Tikinti obyektlərində MEP tələblərinə cavab vermək üçün və şərtləri inkişaf etdirmək üçün hüquqi orqanlarla işləmək;
- Arxitektor, dizaynerlər ilə sxematik səviyyədə təhvil paketləri hazırlamaq;
- Podratçıların layihə hazırlanmasına nəzarət etmək, MEP standartlarına uyğun olaraq sənədləri nəzərdən keçirmək;
- Layihə büdcəsini və keyfiyyət məqsədlərini təmin etmək üçün podratçılarla mütəmadı görüşlər keçirmək;
- Quraşdırmalarının keyfiyyətini təmin etmək və sahədə yaranan problemlərinin sürətli şəkildə həllini asanlaşdırmaq üçün müdaxilə etmək;
- MEP dəyişikliklərini və bütün məlumatları sahə şəkillərinə daxil etmək;
- MEP dəyişdirilməsi iş qaydalarına dair baxışın, büdcənin və əsaslandırmanın təmin olunmasına kömək etmək;
- Layihənin təhlükəsizliyinə dair qaydaları tətbiq etmək;
- Bina xidmətlərinə və xərclərin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirməklə tam təhlil etmək;
- Təqdimatın nəticələrini yoxlamaq, qeydə almaq və seçilmiş keyfiyyət idarəetmə sistemləri üçün müvafiq strukturlardan istifadə etmək;
- Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə tikinti işlərinin monitorinqini aparmaq və hesabat təqdim etmək;
- Müfəssəl fəaliyyət planlarının tərtib edilməsinə yardım göstərmək, daxili sənədlərin təqdim olunmasını həyata keçirmək və ya əməkdaşlıq edən şirkətlərin rəy və təkliflərini əldə etmək;
- Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlər aparmaq və məlumat bazasını sənədlər ilə yeniləmək;
- Fəaliyyətin monitorinqini aparmaq, qiymətləndirmək, hesabatlar hazırlamaq və seçilmiş keyfiyyətin idarə olunması sistemləri üçün çərçivə tətbiq etmək;
- Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, daxili əmək intizamı qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək.

Namizədə olan tələblər:

- Mühəndislik ixtisası üzrə ali təhsil (mexanika və ya elektrik)
- MEP işləri üzrə mühəndis olaraq ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- MS office AutoCAD proqramlarını əla səviyyədə bilməli (əlavə olaraq Revit proqramını bilən namizədlərə üstünlük veriləcək);
- Azərbaycan və rus əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək);
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Analitik düşünmə qabliyyəti;
- Analiz və idarəetmə bacarığ;

Digər tələb və şərtlər:

- Yaş həddi: 30-50
- Əmək haqqı 1500-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “MEP işləri üzrə mühəndis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP