Müştəri Əlaqələrinin İdarə Edilməsi üzrə Kiçik İşçi
 
JOB TITLE: Müştəri Əlaqələrinin İdarə Edilməsi üzrə Kiçik İşçi
EMPLOYER: FINCA Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-23 LAST UPDATED: N/A DEADLINE: 2019-08-22

 İş Elanı № 42/19

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş ofisi üçün Müştəri Əlaqələrinin İdarə Edilməsi üzrə Kiçik İşçi vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

ƏSAS ÖHDƏLİKLƏR

• Şirkətin onlayn kanalları üzərindən daxil olan müştəri sorğularını idarə etmək, müştərilərin FB, İnstagram, Telegram, Whatsapp, e-mail ilə telefon, e-mail vasitəsilə şirkətlə əlaqə saxlamasını stimullaşdırmaq və bu yöndə fəaliyyəti genişləndirmək
• Onlayn CRM işinin prosedurlarını və siyasətinin hazırlanmasına dəstək olmaq
• Onlayn Xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün təkliflər vermək. Müştəri xidmətləri layihələrini və təşəbbüslərini inkişaf etdirmək, əlaqələndirmək və idarə etmək, nəticələri izləmək və təhlil etmək, dəyişiklikləri həyata keçirmək.
• Müştərilərdən alınan şikayətlərin və əks-əlaqənin (feedback) toplanması, araşdırılması, cavablanması və xətti menecerə hesablatların verilməsi
• Ehtiyac olduğu təqdirdə müştəri xidmətləri standartartları, onlayn CRM , Ünsiyyət və s. daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan müxtəlif təlimlərin təşkilində iştirak etmək
• Xətti menecer tərəfindən təyin olunmuş digər vəzifələri icra etmək

TƏLƏBLƏR:

• Ali təhsil və ya marketinq, komunikasiya, online CRM və digər əlaqəli sahələr üzrə sertifikat
• CRM, marketinq, tədqiqat və ya digər əlaqəli sahələrdə təcrübə və ya bu sahədə işləməyə marağının olması
• Azərbaycan dilində mükəmməl danışmaq və yazmaq, Ingilis dilini orta səviyyədə bilmək
• Təhlil etmə və təşkilati bacarıqlar
• Komunikasiya, təqdimetmə bacarıqları, dəqiqlik və komandada işləmək
• Gərgin şəraitdə işləmək və işin vaxtında təhvil verilməsi bacarığı
• Kompüter bacarıqları, MS Office proqramlarını yaxşı bilmək
• Sosial media, eləcə də rəqəmsal kommunikasiya kanallarından yaxşı istifadə etmək bacarığı, bu sahədə trendləri izləmək

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 03 Avqust 2019-cu il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində Müştəri Əlaqələrinin İdarə Edilməsi üzrə Kiçik İşçi qeyd etməklə göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP