İnsan Resursları üzrə kiçik mütəxəssis
 
JOB TITLE: İnsan Resursları üzrə kiçik mütəxəssis
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-23 LAST UPDATED: N/A DEADLINE: 2019-08-22

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

İnsan Resursları üzrə kiçik mütəxəssis

İşin təsviri:

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
• İşçilərin məlumat bazasının işlənməsi;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, məzuniyyətlərin uçotunun aparılması;
• Davamiyyətin izlənməsi;
• Kadr sənədləşməsinə mütəmadi nəzarət.

Tələblər:

• Ali təhsil;
• Əmək məcəlləsi üzrə biliklər;
• MS Office proqramları üzrə biliklər;
• Azərbaycan və rus dillərini bilmə;
• Yüksək ünsiyyət qurma bacarığı və komanda işinə uyğunluq.

Əlavə şərtlər:

• Həftədə 5 iş günü, 09:00 – 18:00;
• Nahar şirkət hesabına verilir;
• Servis xidməti fəaliyyət göstərir;
• Əmək haqqı danışıq əsasında.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=139 və ya hr@metak.az ünvanına
göndərərək, 23.08.2019–cu il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP