Qənnadçı
 
JOB TITLE: Qənnadçı
EMPLOYER: Baku Boulevard Hotel, Autograph Collection DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-22 LAST UPDATED: N/A DEADLINE: 2019-08-21

Şöbə: Şirniyyat
Vəzifə: Qənnadçı
Şirkət: Boulevard Hotel Company LLC
Ünvan: Azərbaycan, Bakı ş, Xəqani Rüstəmov küç 4 C
Son tarix: 22.08.2019

İşin təsviri

• İaşə obyektinin menyusunda olan bütün qida məmulatları ilə tanış olmaq.
• Standart reseptlərə uyğun olaraq, göstəriş verilən şirniyyatların hazırlamaq.
• İaşə obyektinin yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək.
• Xüsusi şirniyyatların hazırlanması metodları və inqrediyentlərlə bağlı qonaqların xahişlərini yerinə yetirərkən, mümkün hallarda çevik olmaq.
• Aşpaz, su şef və ya baş aşbaz tərəfindən müəyyən edilmiş təqdimat təlimatlarına əməl etmək.
• Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək.
• Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək.
• “Biz bir komandayıq!” şüarı altında digər işçilər və digər şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.
• Bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq.
• Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirmək.
• Qrafikə əsasən gündəlik iclaslarda və digər toplantılarda iştirak etmək.
• Qrafikə əsasən, təlim seminarlarına getmək və iştirak etmək.
• Təyinata əsasən, işə aid olan vəzifələrin və xüsusi layihələrin yerinə yetirilməsi.

Namizədə olan tələblər

• Qənnadçı kimi ən azı 1 il iş təcrübəsinə malik olmaq.
• Azərbaycan və ya rus dillərində yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq. İngilis dili biliyinə üstünlük verilir

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Qənnadçı” qeyd edərək CV-lərini boulevard.careers@absheronhotelgroup.com elektron ünvanına 22.08.2019-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP