İnsan Resursları Biznes Tərəfdaş
 
JOB TITLE: İnsan Resursları Biznes Tərəfdaş
EMPLOYER: AVT Logistics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-19 LAST UPDATED: N/A DEADLINE: 2019-08-18

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İnsan Resursları Biznes Tərəfdaş
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali təhsil (MBA təhsili üstünlükdür)
Yaş həddi: 23-35 yaş

İşin təsviri: İşə qəbul və işəgötürən-işçi münasibətlərinin tənzimlənməsi.

Vəzifə öhdəlikləri:

- İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
- Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
- Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
- Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
- Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarət edilməsi;
- İşə qəbul hesabatlarının hazırlanması;
- HR strategiyalarının və prosedurların şirkət personalına təbliği və tam anlaşılmasının təmini (Struktur dəyişikliyi, hüquqi, təhlükəsizlik və sair);
- İşçilərin karyerası haqqında suallarının cavablandırılması (Karyera yüksəlişi, şirkətin HR siyasəti, şikayətlər, ödənişlər);
- Şirkətin təşkil etdiyi fəaliyyətlərin və pozitiv iş mühitinin təmin olunması üçün təşkil olunan mükafat və təltifatların dəstəklənməsi;
- İşçilərin işə və iş şəraitinə münasibətlərinin və ya şirkətdə olan fərqliliklər haqqında anketlərin təşkil olunması;
- İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək və s.

Tələblər:

- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Performansın idarəedilməsi sahəsində biliklər;
- İş və iş yükü analizlərinin aparılması barədə məlumatlı olmaq;
- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İnsan Resursları Biznes Tərəfdaş” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP