Texniki dəstək üzrə sahə mühəndisi
 
JOB TITLE: Texniki dəstək üzrə sahə mühəndisi
EMPLOYER: Technoil LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-18 LAST UPDATED: N/A DEADLINE: 2019-08-17

Texniki dəstək üzrə sahə mühəndisi

Vəzifə öhdəlikləri:
- Satış öncəsi və satış sonrası potensial və mövcud müştərilərə texniki dəstəyin göstərilməsi
- Potensial və mövcud müştəriləri mütəmadi olaraq ziyarət etmək və görüşlərlə bağlı hesabatlar hazırlamaq
- Analiz sistemlərinin mövcud və potensial müştərilərə təqdimatını həyata keçirmək
- Yağlama sxeminin və qrafikinin mövcud və potensial müştərilər üçün hazırlanmasını təşkil etmək
- Mövcud olan müştəri sayının daha da artırılmasını təmin etmək üçün satış menecerləri ilə mütəmadi maarifləndirici təlimlər təşkil etmək və onlara texniki dəstək göstərmək
- Müştərilərdən gələn sorğu və şikayətlərlə bağlı yerində ilkin baxışın keçirilməsi, problemin yaranma səbəbinin müəyyən edilməsi, həlli yollarının araşdırılması və müştərilərə nəticələrin bildirilməsi.
- Xidməti tapşırıqla əlaqədar vaxtaşırı olaraq ezamiyyətlərə getmək imkanının olması
- Göstərilən xidmətlərə dair hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi

Vəzifəyə olan tələblər:
- Ali və ya Orta ixtisas təhsilli (mühəndislik sahəsi üzrə olması arzu olunandır)
- B kateqoriyalı Sürücülük vəsiqəsi və şəxsi avtomobilinin olması vacibdir
- MS Office proqramlarında sərbəst işləməyi bacarmalıdır
- İngilis və Rus dillərini bilməsi arzuolunandır.
- Avtomobil mühərrikləri və transmissiyaları haqqında texniki və praktiki biliklərin olması
- Avtomobillərə texniki servis xidmətinin göstərilməsi sahəsində minimum 1 illik təcrübə

Vəzifəyə tələb olunan səriştələr:
1. Təşəbbüskarlıq göstərən
2. Nəticə yönümlülük
3. Məsuliyyətlilik
4. Problem həll etmə qabiliyyəti
5. Güclü kommunikasiya bacarığı

Əmək şəraitinin şərtləri:
1. Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
2. İş vaxtı 1-6-cı günlər
3. Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir
4. Yanacaq xərci və amortizasiya xərcləri şirkət tərəfindən təmin edilir
5. Əmək haqqı razılaşma yolu ilə

Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq.
CV - lər  30 İyul  2019-cu il tarixinədək qəbul olunur.
Xahiş edirik, mövzu hissəsində “Texniki dəstək üzrə mütəxəssis” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) hr@technol.az e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP