Marketinq şöbəsinin müdiri
 
JOB TITLE: Marketinq şöbəsinin müdiri
EMPLOYER: Xalq Həyat Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-17 LAST UPDATED: N/A DEADLINE: 2019-08-16

“Xalq Həyat” Sığorta Şirkəti ASC

Vəzifə:     Satış və marketinq idarəsinin Marketinq şöbəsinin müdiri
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan:     Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər
1. Media və kommunikasiya planları hazırlamaq və onu idarə etmək;
2. Şirkətin fəaliyyətinə aid mətubat konfransları təşkil etmək;
3. Sığorta və maliyyə bazarında Şirkətin nüfuzuna xələl gətirə biləcək hər hansı bir məlumat yayıldığı təqdirdə bu hallara qarşı dərhal operativ tədbirlər görərək onları aradan qaldırmaq;
4. Marketing və Məhsul yaratma üzrə layihələrin planlarının və büdcələrinin hazırlanmasında iştirak etmək;
5. Marketing və Məhsul yaratma layihələri üzrə məlumatların təhlilini aparmaq;
6. Marketing layihələri üzrə tender və müsabiqələrin təşkilində və keçirilməsində iştirak etmək;
7. İdarəyə aid layihələrin idarə olunması üzrə işçi qrupunun formalaşmasında və işlərin icrasında iştirak etmək;
8. İdarə layihələri üzrə aparılan işlərin Şirkətin digər sturuktur bölmələri ilə koordinasiya edilməsini təmin etmək;
9. Lazım gəldikdə İdarə layihəsi üzrə zəruri dəyişikliklərin edilməsini təmin etmək;
10. Şöbə əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət etmək;
11. Səlahiyyətlərinə aid olan məsələrlə bağlı Şirkətin iclas və tədbirlərində iştirak etmək;
12. Şöbə əməkdaşlarına icrası məcburi olan göstəriş və tapşırıqlar vermək;
13. Korporativ internet səhifəsini hazırlamaq, onu idarə edərək daim  yenilənməsini təmin etmək;
14. Satış və marketing idarəsi üzrə layihələrin yerinə yetirilməsi üçün zəruri məlumatların toplanmasını təmin etmək;
15. Mövcud satış kanalları üzrə reklam məhsulları hazırlamaq və həmin məsullara dair məlumatları KİV də yerləşdirmək;
16. Yeni hazırlanan məhsulun adı, dizaynı, daxili təqdimatı və reklamınıhazırlamaq;
17. Reklam fəaliyyətini təşkil etmək;
18. Kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etmək;
19. Sosial şəbəkə və media vasitəsilə şirkətin imicini (nüfuzunu) qoruyub saxlamaq və inkişaf etdirmək;
20. Şirkətin İnformasiya sistemi üçün idarənin fəaliyyətinə aid hesabat formaları və məlumatlar hazırlamaq.

Tələblər
21. Ali təhsil;
22. MS Office proqramlarında işləmək bacarığı;
23. Sığorta və ya bank sahəsində minimum 2 il iş təcrübəsi (marketing  rəhbəri kimi);
24. Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır).

CV-lərinizi, mövzu hissəsində “Satış və marketinq idarəsinin Marketinq şöbəsinin müdiri” qeyd etməklə hr@xalqhayat.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP