Mühəndis
 
JOB TITLE: Mühəndis
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-17 LAST UPDATED: 2019-07-17 DEADLINE: 2019-08-16

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.


Mühəndis

Mexaniki emal sexinə mühəndis tələb olunur.

İş barədə məlumat
• Mövcud istehsal proseslərinin optimallaşdırılması;
• Dəqiq hesablanmış istehsal proseslərinin həyata keçirilməsi;
• Məhsul istehsalının ilkin mərhələsindən hazır məhsul mərhələsinə qədər texnoloji proseslərin hər birində iştirak etmə;
• Cizgi çəkmə qaydalarına riayət etmə və tələb olunan ölçüyə uyğun olaraq eskiz sənədlərinin hazırlanması;
• Cizgilərin və başqa konstruksiya sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi;
• Avadanlıqların texniki baxışının nəzarətdə saxlanılması;
• İstehsalatat alətlərinin cizgilərinin çəkilməsi və hazırlanması, saxlama şəraitinin düzgün nizamlanması.

Namizədə tələblər
• Yaş həddi: 25-35;
• 3 ildən artıq iş təcrübəsi (istehsalat sahəsində);
• MS Office proqramlarını (Word, Excel) yaxşı səvviyyədə bilmə;
• AutoCAD və SolidWorks proqramlarında işləmə qabiliyyəti;
• CNC torna və transfer dəzgahlarının iş prinsipini bilmə və onlar üçün  lazımi alətlərin hazırlanması.

İş şəraiti
• Əmək haqqı – danışıq əsasında;
• İş saatı: 5 günlük iş rejimi (08:00 - 17:00-dək);
• Nahar şirkət tərəfindən təmin olunur;
• Nəqliyyat xidməti şirkət tərəfindən təmin olunur.

Maraqlananlar saytımızda onlayn-anketi dolduraraq, https://www.metak.az/resume/resume.php?vid=125 və ya hr@metak.az ünvanına CV göndərərək, 17.08.2019–cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP