Satış üzrə mütəxəssis
 
JOB TITLE: Satış üzrə mütəxəssis
EMPLOYER: Domino's Azərbaycan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-17 LAST UPDATED: N/A DEADLINE: 2019-08-16

Domino's  Azərbaycan "Satış üzrə mütəxəssis" axtarır!

Şirkət barədə
Domino’s dünyanın ən nəhəng pizza restoranlar şəbəkəsindən biridir. Amerikan brendidir və əsası 1960-ci il iyunun 11-də ABŞ-ın Miçigan ştatında qoyulub. Domino's çatdırılmada dünya lideridir və dünya üzrə hər gün 1 milyondan artıq pizza çatdırır. Domino’s  Azərbaycanda 2014-cu ilin dekabr ayından fəaliyyət göstərir. Ərazinizdən asılı olaraq sifarişləriniz çantalarda saxlanılaraq, 30 dəqiqə ərzində isti-isti çatdırılır.

Əsas vəzifə və öhdəliklər
• Təyin edilmiş aylıq/rüblük plana əsasən satış funksiyalarını yerinə yetirmək (müştəri görüşləri, təkliflər, zənglər və s.)
• Korporativ satış planının yerinə yetirilməsi;
• Mövcud müştəri bazasını genişləndirmək; yeni müştərilər axtarmaq;
• Müştəri üçün koordinator rolunu icra etmək; ortaya çıxan problemləri həll etmək;
• Mütəmadi olaraq müştəri ofislərini ziyarət etmək, hər hansı çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq;
• Satışın artırılması ilə bağlı aidiyyatı şöbə rəhbərinə təkliflərin verilməsi;
• Gördüyü işlər barədə hesabatların hazırlamaq
•Ticarət nümayəndələri ilə görüşlərin təşkil etmək.

Namizədə dair tələblər
• Ali təhsil (satış/ marketinq sahəsi);
• Komandada işləmək bacarığı;
• Satış sahəsində minimum 2- 3 il iş təcrübəsi olmalı, ofis şəraitində işləməli.
•Qida sektorunda iş staji mütləqdir
• Microsoft Office proqramlarında işləmə bacarığı;
• Əvvəlki satış təcrübəsi və ya satış yönümlü düşüncə tərzi, bilik və bacarıqlar;
• Effektiv dil bilgiləri (Azərbaycan və İngilis dili əla səviyyədə olmalıdır; orta səviyyəli rus dili üstünlükdür) ;
• Ünsiyyət qabiliyyəti (şifahi və yazılı); email vasitəsilə ünsiyyət bacarığı;
• Təqdimat bacarıqları, şirkətin məhsul və xidmətlərini ən effektiv yollarla təqdim edə bilmək;
• Müştəri yönümlü düşüncə tərzi;
• Təşəbbüs göstərmək və verilmiş tapşırıqları vaxtında və effektiv yernə yetirmək bacarığı.

İş şərtləri
• Həftə içi 10:00-18:00, şənbə günü 10:00-14:00 iş günü, bazar günü istirahət;
•  Əmək haqqı yüksəkdir və namizədin peşəkar təcrübə, bilik, bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Satış üzrə mütəxəssis” qeyd edərək samima.shamilova@dominospizza.az ünvanına göndərməkləri  xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP