Satış təmsilçisi
 
JOB TITLE: Satış təmsilçisi
EMPLOYER: Sirab ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-17 LAST UPDATED: N/A DEADLINE: 2019-08-16

Satış təmsilçisi

İş barədə məlumat
• Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul/xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq,
• Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq,
• Məhsulların tənzimlənməsi və varlığının yoxlanması  təmin etmək,
• Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək,
• Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq,
• Yeni məhsulları tanıtmaq,
• Rəqib məhsul və kampaniyaları haqqında müdirə hesabat vermək,
• Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar)uyğun şəkildə istifadə edilməsini təmin etmək,
• Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək,
• Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək.

Namizədə tələblər:
- Ali təhsilli  (Orta ixtisas təhsili də ola bilər)
- Yaş həddi 21-30
- Sürətli İstehlak sektorunda (əsasən qida – içki) ən azı 3 il satış təcrübəsi olan,
- İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək,
- Komanda işinə maraq göstərən,
- Başlanğıc səviyyədə kompyuter biliyinə malik,
- Satış sahəsində kariyera qurmağı hədəf seçən,
- Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran,
- Planlaşdırma və problem həll etmə bacarığını inkişaf etdirmiş,
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı,
- Tənqidə açıq, şəffaf və bölüşgən,
- Məsuliyyət daşımaq və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmiş,
- Analitik-informasiya və strateji düşünmə qabiliyyəti olan,
- Gərgin iş tempinə uyğunlaşa bilən,
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir, avtomobil idarə edə bilən və şəxsi avtomobili olanlara əlavə üstünlük verilir.
- Kişi namizədlər

İş qrafiki - Həftənin 6 günü saat 08:00-18:00. İstirahət günü Bazar günü
İş yeri – Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A
Əmək haqqı başlanğıc olaraq  400- 500 AZN

Uyğun namizədlərdən cvlərini mövzu yerinə satış təmsilçisi yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP