Reklam və dizayn bölmə müdiri
 
JOB TITLE: Reklam və dizayn bölmə müdiri
EMPLOYER: Veyseloglu MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-15 LAST UPDATED: N/A DEADLINE: 2019-08-14

Vəzifə: Reklam və dizayn bölmə müdiri

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: 3-5 il

Təhsil: Ali təhsil

Yaş həddi: 30-40

Vəzifə öhdəlikləri:

- Şəxsi markalar üzrə reklam strategiyalarını hazırlamaq
- Hədəf kütlələri təyin etmək
- Məhsulları analiz (SWOT) etmək
- Məhsul konseptini hazırlamaq
- Reklam mesajını və tərkibini hazırlamaq
- Reklam istehsalını həyata keçirmək (reklam çəkilişi, buklet, flyer və s)
- Reklam yayım kanallarını seçmək
- Reklam nəticələrini analiz etmək
- Rəqiblərin aktivliyini mütəmadi olaraq təqib və analiz etmək
- Reklamla bağlı təklifləri və görüşləri həyata keçirmək və dəyərləndirmək
- Reklam çarxlarını hazırlamaq, reklamların dublyaj və montajını həyata keçirmək
- Məhsulların, korporativ tədbirlərin, təqdimatların və s. foto-video çəkilişləri həyata keçirmək və arxivləşdirmək
- Şəxsi markalar üzrə sosial media hesablarını idarə etmək
- Korporativ və günlük tələbat dizaynlarını hazırlamaq
- Əməkdaşlar arasında iş bölgüsünün aparılması və işin vaxtında təhvil verilməsini təmin etmək.
- Aidiyyatı strukturlar arasında iş axışının gedişatına nəzarət etmək.
- Yeni məhsul dizaynlarını, logo, qablaşdırma və etiket dizaynlarının konseptini təyin etmək və hazırlamaq.

Tələblər:

- Tam Ali təhsil
- Media ilə geniş əlaqələrin olması -  İndoor (Tv, Radio, qəzet, Jurnal, sayt və s.), Outdoor (Billboard, Dayanacaq, Nəqliyyat vasitələri, Metro və s. )
- Digital media (SMM, CEO, SMO, və s. sahələrdə bilgili olması)
- Reklam sahəsində minimal 3 il iş təcrübəsi.
- Reklam agentlikləri ilə geniş əlaqələrin olması.
- Qrafika və dizayn proqram bilikləri (Adobe photoshop, Corel draw, Adobe After Effects, Adobe Premier, 3DS MAX)
- Marketing və satış sahəsini bilməsi üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Reklam və dizayn bölmə müdiri” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP