Risklərin təhlili şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Risklərin təhlili şöbəsinin mütəxəssisi
EMPLOYER: Bank BTB ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-15 LAST UPDATED: N/A DEADLINE: 2019-08-14

Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti/Risklərin təhlili şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Risklərin təhlili şöbəsinin mütəxəssisi

İş barədə məlumat:

• Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barəsində RİK, İdarə Heyətinə və Müşahidə Şurasına təqdim edilməsi üçün hesabat hazırlamaq;
• Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə RİK-ə və İdarə Heyətinə təkliflər hazırlamaq;
• Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal birbaşa rəhbərinə məlumat vermək;
• Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək;
• Bankdaxili prosseslərdə risklərin qiymətləndirilməsi, çatışmamazlıqların müəyyən edilməsi və tədbirlər planın hazırlanması və rəhbərliyə təqdim olunması
• Aşkar olunmuş nöqsan və çatışmamazlıqlarla bağlı təkliflərin hazırlanması və qayda və prosedurların yenidən nəzərdən keçirilərək qiymətləndirilməsi

Namizədə tələblər:

 Ali təhsil;
 Azərbaycan, İngilis  və Rus dillərində danışıq və yazı bacarığının olması;
 Bank sahəsində ən azı 2 il iş təcrübəsi (əməliyyat və kredit sahəsində çalışanlara üstünlük verilir);
 Bank qanunvericiliyinə dair biliklərin olması;
 Banklarda risklərin idarə edilməsi sahəsində anlayışın olmağı;
 Analitik düşüncə;
 Microsoft Office proqramları üzrə biliklər (Excel orta səviyyə, funksiyalarla işləmə bacarığı);
 Ezamiyyətlərə getmə imkanı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 15.08.2019-cu il tarixinədək cv@btb.az  elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Risklərin təhlili şöbəsinin mütəxəssisi göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP