Satış təmsilmisi – Mətbəx mebeli
 
JOB TITLE: Satış təmsilmisi – Mətbəx mebeli
EMPLOYER: Collezione Italia DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-12 LAST UPDATED: N/A DEADLINE: 2019-08-11

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Satış təmsilmisi – Mətbəx mebeli” vakansiyası elan edir.

Vəzifə barədə məlumat:

• Əlaqə yaradılmış şirkətlərin və onların nümayəndəliklərinin məlumat bazasının yaradılması;
• Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
• Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak;
• Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş produksiyalarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi.
• Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçünün götürülməsi və dizayn xidmətinin göstərilməsi
• Ödəmə şərtləri və endirimlərin razılaşdırılması
• Hər bir mebel modelinin eksklyuziv olaraq müştəri ilə razılaşdırılıb təsdiqini aldıqdan sonra istehsalçı ilə əlaqə yaradılaraq sifariş edilməsi.

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 iş günü, istirahət- bazar günü
- İş saatı: 10:00-19:00

Tələblər:

- Ali təhsil
- Mətbəx mebelinin satış sferasında minimum 1-3 il iş təcrübəsi arzu olunandır;
- Dil bilgiləri: Azərbaycan, Rus və İngilis dillərində sərbəst yazı və danışıq qabiliyyəti;
- Planlaşdırma, analiz və idarəetmə bacarığı;
- AutoCAD və 3Ds max proqramların biliyi.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Mətbəx mebeli” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP