Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Agro-West DC LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-11 LAST UPDATED: N/A DEADLINE: 2019-08-10

Vəzifə: Hüquqşünas

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi
Təhsil: Ali hüquqi təhsil
Yaş həddi: 35 - 50 yaş
Cinsi: kişi

İşin Təsviri:

Struktur bölmələrin sifarişinə əsasən hər növ müqavilələrin, onlara əlavə və dəyişikliklərin Azərbaycan Respublikasının qanunvericiliyinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun tərtibi, hüquqi təhlilin aparılması və hüquqi rəyin bildirilməsi.

Vəzifə öhdəlikləri:

- Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi;
- Müqavilə idarəetmə prosesinin daimi olaraq təkmilləşdirilməsi və şirkət daxilində müqavilə sifarişçilərinin sifarişlərinin yerinə yetirilməsi keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi, maarifləndirmə işinin aparılması;
- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
- Struktur bölmələrin təşkil etdiyi müqavilə rəsmiləşdirilmə işinin mahiyyətinə aid zəruri görüş və danışıqlarda iştirak edilməsi;
- Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq təkliflərin verilməsi;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.

Tələblər:

- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

İş şəraiti:

-6 günlük iş həftəsi
- iş vaxtı: 08:00 -17:30
- Nahar yeməyi şirkət tərəfindən verilir
- İşçi AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir.

Uyğun namizədlər cv formalarını HR@agrowestdc.az e-mailinə başlıq “hüquşünas” yazmaqla göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP