
“PAŞA Sığorta” ASC namizədləri “İnformasiya Sistemlərinin İdarə olunması şöbəsində proqramçı” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Yaranan xətaların aradan qaldırılması və texniki dəstəyin göstərilməsi; • Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması; • Yeni proqram təminatının yaradılması, mövcud olan proqram təminatının dəstəklənməsi; • Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.
Bilik və bacarıqlar:
• Tətbiqi riyaziyyat, İnformatika və ya digər texniki ixtisaslar üzrə ali təhsil; • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti; • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq; • MS Office ilə qabaqcıl istifadə bacarıqları; • Verilənlər Bazasının İdarəetmə Sistemləri: MsSQL • C#.Net, ASP.net proqramlaşdırma, HTML, Jquery, CSS-lə işləmək bacarıqları • Mobil tətbiq üçün lazım olan API və s. hazırlanmasında digər proqramçılarla birgə işləmək • Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi; • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
Son müraciət tarixi: 30 iyun, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
|