1C Operatoru
 
JOB TITLE: 1C Operatoru
EMPLOYER: General Supply LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-10 LAST UPDATED: N/A DEADLINE: 2019-08-09


General Supply MMC

2014-cü ildə Azərbaycanın Bakı şəhərində yaradılmışdır. Şirkətin əsas fəaliyyət sahələrini təchizat və logistika xidmətləri təşkil edir. Bundan əlavə, malların istehsal sahələrindən istehlak yerlərinə çatdırılması bizim tərəfimizdən optimal şəkildə həyata keçirilir. Biz, bütün nəqliyyat vasitələrinə yüklərin yüklənməsi və daşınması, gömrük rəsmiləşməsi, texnikaların icarəsi xidmətlərini təklif edirik. Tərəfdaşlıq əlaqələrinin qurulması və sifarişçilərin istəklərinə uyğun olaraq nəqliyyat, texnologiya, ticarət, sənaye və energetika sahələrində yüksək xidmət göstərməyimiz bizə stabil və davamlı uğur qazandırır.

Əsas vəzifə və öhdəliklər:

• 1C (8.3) Müəssisə Proqramında nomenklaturaların açılması;
• 1C (8.3) Müəssisə proqramında müştərilər və təchizatçılar üçün hesabların açılması;
• Təsdiq olunmuş sifarişlərə əsasən kommersiya təkliflərinin hazırlanması;
• Şirkətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
• Şirkətə daxil olan bütün PO –ların qeydiyyatına nəzarət edilməsi
• Görülən işin planlı olması.

Namizədə qarşı tələblər:

• 1 C (8.3) müəssisə proqramında yüksək səviyyədə işləmək bacarığı
• Riyazi biliklərin olması
• Əla səviyyədə MS proqramlarında işləmə;
• Azərbaycan, ingilis dili sərbəst yazışma və danışıq qabiliyyəti
• Problem həll etmə bacarığı

İş Şəraiti:

İş saatı həftə içi-09:00-18:00
İstirahət günləri:Şənbə-bazar və AR qanunvericiliyinə əsasən bayram və digər iş günü hesab edilməyən vaxt.
Əmək haqqı: 650 AZN(net)
Əlavə təminatlar: Tibbi sığorta, korporativ nömrə
İş yeri: Azure Biznes Mərkəzi, 25-ci mərtəbə, 164-cü ofis

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@gsupplyllc.com elektron ünvanına 1C operatoru başlığı ilə göndərə bilərlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP