SƏTƏM mütəxəssisi
 
JOB TITLE: SƏTƏM mütəxəssisi
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-10 LAST UPDATED: N/A DEADLINE: 2019-08-09

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: SƏTƏM mütəxəssisi

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 2 il iş təcrübəsi
Təhsil: Ali
Yaş həddi: 23-35

İşin təsviri:

Şirkətdə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsinə nəzarət etmək, əməyin təhlükəsizliyi ilə bağlı prosesləri icra etmək

Vəzifə öhdəlikləri:

- Şirkətdə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsini həyata keçirmək;
- Şirkətin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etmək;
- Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək;
- İşə yeni qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının verilməsini təmin etmək;
- Təlimat jurnallarının imzalanmasına nəzarət etmək;
- Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.

Tələblər:

- SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması üstünlükdür;
- Şəxsi avtomobilinin olması ütünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtomobilin yanacaq xərcləri şirkət tərəfindən qarşılanır;
- Nahar ilə təmin edilir.

Müraciət qaydaları:

CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “SƏTƏM mütəxəssisi – Logistika” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP