
Vəzifə: Bankın “Şirvan” filialının Kredit şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə Şəhər: Şirvan
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi); • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün); • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır; • Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı; • Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması; • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti; • Riyazi hesablama aparmaq qabiliyyəti; • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı; • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; • Kompüter bilikləri
İŞİN TƏSVİRİ:
• Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi; • Kredit müraciətlərinin qəbulu və analizi; • Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi; • Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi; • Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi; • Kredit sənədlərinin tərtibi; • Kredit portfelinə nəzarət və idarə etmək; • Müştəri hesablarının aparılmasına nəzarət; • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir. Əlaqə vasitələri:
E - mail: cv@xalqbank.az Telefon: (012) 404 43 39 Faks: (012) 404 43 34
|