İT şəbəkə mütəxəssisi
 
JOB TITLE: İT şəbəkə mütəxəssisi
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-09 LAST UPDATED: N/A DEADLINE: 2019-08-08

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İT şəbəkə mütəxəssisi

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin təsviri:

• Mövcud şəbəkəni analiz etmək və şəbəkənin daha səmərəli vəziyyətə gətirmək üçün təkliflər vermək
• İstifadəçilərin wireless şəbəkəsinə qoşulma qaydalarının yazılması və dəyişdirilməsi
• AP-lər arasında Roaminq xidmətinin optimallaşdırılması
• WLC-lərin config olunması və wireless-lə bağlı problemlərin həll olunması
• Mövcud şəbəkə avadanlıqları və sxemləri ilə bağlı səhvləri və ya problemləri müəyyənləşdirmək və həll etmək
• AP-lərin verilmiş obyekt üzrə yerləşməsinin təyin olunması
• Şəbəkə infrastrukturunun layihələndirilməsi və quraşdırılması
• Routing və switching texnologiyalarından istifadə edərək, kompleks müəssisə həllərini tərtib etmək
• Şəbəkə təhlükəsizliyini qorumaq və həllər təklif etmək.
• 24/7 xidmətin ən yüksək səviyyəsini və təhlükəsizliyini proaktiv şəkildə təmin etmək.

Tələb olunan bilik və bacarıqlar:

• İnformasiya Texnologiyaları və ya oxşar sahələrdə ali təhsil
• Router, switch, ap və s. kimi şəbəkə avadanlıqları ilə işləmə bacarığı
• Site-to-site, Client-to-site və SSL vpn - lə işləmə bacarığı
• Müvafiq sahədə minumum 3 il iş təcrubəsi
• Böyük və mürəkkəb bir şəbəkəni idarə etmə təcrübəsi
• CCNA/CCNP sertifikata sahib olmaq

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Ümumi nəqliyyat xidməti;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük, 09:00 - 18:00 və ya 08:00 -17:00

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “(İT Şəbəkə mütəxəssisi)” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP