
AZƏRSUN HOLDİNQ
Vakansiyanın adı: Baş mühəndis (tikinti/inşaat üzrə)
İş haqqında məlumat:
1. Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək; 2. Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq; 3. Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək; 4. Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq; 5. Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək; 6. İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək; 7. Layihə-smeta sənədləri üzrə lazımi arayışlar, çertyojlar, hesabatlar hazırlamaq;
Namizədə aid tələblər:
• İnşaat mühəndisi üzrə ali təhsilli olmalı; • Müvafiq sahə üzrə təcrübə (inşaat sahəsində minimum 3-5 il); • Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı olmalı • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prisniplərini bilməli • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını, texniki şərtləri bilməli • Elektrik sahəsini bilməli, çertyojları oxuya bilməli, güc transformatorları və kabellərin seçiminə rəy verə bilməli.
İş yeri:
Bakı şəh (İnşaat işləri gedən bütün ərazilər.)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Baş mühəndis (tikinti/inşaat üzrə)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
|