Aqronom
 
JOB TITLE: Aqronom
EMPLOYER: Grand-Agro LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-05 LAST UPDATED: N/A DEADLINE: 2019-08-04

 Grand Agro MMC –nin  əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat

- Şirkət Qala qəsəbəsində yerləşir , İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28 May və Koroğlu metrosundan)
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İşçi korporativ nömrə ilə təmin edilir , Nahar Şirkət tərəfindən verilir
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Aqronom

Vəzifə öhdəlikləri

- Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün bütün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
- Torpaq münbitliyinin yaxşılaşdırılması üçün aqrotexniki tədbirlərin hazırlaması və məhsuldarlığın artırılması;
- Əkin üçün torpağın hazırlanması işinin təşkili;
- Gübrənin bölüşdürülməsi və torpağa verilməsi üzrə tədbirlərin hazırlanması;
- Əkin materiallarının hazırlanmasına nəzarətin edilməsi;
- Ağacların əkinin təşkil edilməsi;
- Zərərvericilərin, bitki xəstəliklərinin aradan qaldırılmasının texnologiyası üzrə işlər;
- İstehsal planları, əkin bitkiləri miqdarını və növlərini hazırlanması;
- Kənd təsərrüfatı məhsullarının istehsalı texnologiyası və yaxşı kənd təsərrüfatı təcrübəsinin olması;

Tələb olunan təhsil və biliklər:

- Sahə üzrə ali təhsil;
- Kompüter bilikləri: MS Ofice, Outlook;
- Əsas riyazi hesablamaları bilmək;
- İdarəetmə təcrübəsi, analitik düşünmə;
- Müvafiq sahədə ən az 3 il iş təcrübəsi.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  hr@grandagro.az  elektron ünvanına mövzu yerinə “Aqronom” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP