
“Komtec LTD” MMC-nin Satınalma üzrə mütəxəssis
1. Satınalma planının hazırlanması, hər bir satınalma tədbiri üzrə müvafiq fəaliyyət və müqayisə cədvəlinin hazırlanması, satınalmalarla bağlı məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi; 2. Büdcə çərçivəsində nəzərdə tutulmuş malların, işlərin və xidmətlərin satın alınmasını mərkəzləşdirilmiş qaydada satınalınmasının həyata keçirilməsi; 3. Satınalmalar üzrə müsabiqələrin (açıq, qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) təşkili, satınalmaların həyata keçirilməsi ilə bağlı sənədləşmələrin aparılması və bununla bağlı nəzarət funksiyasının yerinə yetirilməsi; 4. Daha sərfəli şərtlər və qiymətlər təklif edən yeni təchizatçıların aşkar edilməsi üçün bazarların təhlil edilməsi; 5. Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi; 6. Şirkəti ofis avadanlıqları, material və ləvazimatlarla təchiz edir; 7. Ofisinin sistem və qurğularının işinə nəzarət, onlara baxımın, servis xidmətinin və təmir işlərini təşkil edir; 8. Departamentin funksiyaları daxilində öz fəaliyyətinə aid olan digər işləri yerinə yetirir.
5 günlük iş həftəsi.
Dil və İT bilikləri
Azərbaycan, ingilis və rus dillərini bilmə; MS Office (MS Word, MS Excel,MS Power Point) proqramlarında işləmək qabiliyyəti.
Təhsil –Ali
Xüsusi tələblər – Danışıqlar aparma və inandırma qabiliyyəti, maliyyə göstəriciləri və büdcələmə tələblərini anlamaq, münaqişələri idarəetmə, şifahi və yazılı ünsiyyət, tək və komandada işləmə, stress vəziyyətdə işləmə bacarığı.
CV-lər hr@komtec.az mailinə göndərilsin.
|