Elektrik - montyoru (Dəzgah və avadanlıqların təmiri və xidməti üzrə)
 
JOB TITLE: Elektrik - montyoru (Dəzgah və avadanlıqların təmiri və xidməti üzrə)
EMPLOYER: Azertexnolayn LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-02 LAST UPDATED: N/A DEADLINE: 2019-08-01

Vəzifə: Elektrik - montyoru (Dəzgah və avadanlıqların təmiri və xidməti üzrə)

“Azertexnolayn” MMC-nin Polad Boru Zavoduna “Avadanlıqların təmiri və xidməti üzrə elektrik montyoru” vakansiyası üzrə mütəxəssis axtarılır.

Vəzifə öhdəlikləri:

 Elektriklə işləyən dəzgah və avadanlıqların, fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir;
 Tələblərə uyğun olaraq mürəkkəb olmayan elektrik naqilləri, avadanlıqları, elektrik panelləri quraşdırır;
 Təhlükəni və nasazlıqları aşkar edir, texniki nəzarətə və təmirə ehtiyacın olub-olmadığını müəyyən etmək üçün voltmetr, ampermetr və ommetr kimi sınaq cihazlarından istifadə etməklə naqillərdə, avadanlıqlarda və elektrik panellərində elektrik dövriyyəsini yoxlayır;
 Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən dəzgah və avadanlıqların elektrik sisteminə baxış, texniki sınaq və profilaktik təmir işlərini həyata keçirir;
 İstehsalat sahələrində olan avadanlıqların, körpülü və çatmalı kranların, iş maşınlarının, əl alətlərinin və s. vaxtında və keyfiyyətli təmir olunmasında iştirak edir;
 İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir;
 Avadanlıqların işinin yaxşılaşdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir;   
 İstehsalat avadanlıqlarının nizamlanmasında iştirak edir;
 Təmir işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına və ətraf mühitin qorunması qaydalarına əməl olunmasına ciddi riayət etməli;
 Daha effektli avadanlıqların tətbiq olunması, plansız təmirlərin və təmir xərclərinin azaldılması, üçün təkliflər verir; 
 Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün birbaşa rəhbərinə vaxtında məlumat verir.
 Dəzgahların, körpülü və çatmalı kranların elektrik - avtomatika sistemində yaranan xətaları (inverterlər, daxili kommunikasiya xətləri, kontaktor və relelər, idarəetmə panelləri, idarəetmə pultları, məhdudlaşdırıcı sviçlər, kontaktorlar, avtomatlar və s.) aşkar edir, təmir edərək aradan qaldırır;
 Sxem və göstərişləri başa düşməli və işində elektrik təhlükəsizliyi təlimatlarına riayət etməlidir;

Seçim meyarları:

- Zavod şəraitində elektirk sahəsində 2 il iş təcrübəsi; (energetika sahəsindəki şərti işarələri, sxemləri sərbəst oxuya bilməli)
- Orta, texniki, texniki peşə və ya ali təhsil;
- Azərbaycan dilində sərbəst yazmaq və oxumaq, danışmaq qabilliyyəti;

İş şərtləri:

Struktur: Polad Boru Zavodu
Əmək haqqı:  Razılaşma əsasında
İş rejimi: Növbəli qrafiklə
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1
Əlavə təminatlar: Nahar şirkət tərəfindən təmin edilir

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini “Dəzgah və avadanlıqların təmiri və xidməti üzrə elektrik montyoru” başlığı ilə hr@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP