Baş Mexanik
 
JOB TITLE: Baş Mexanik
EMPLOYER: Region Agro DUTY STATION: Azerbaijan, Goranboy
PUBLISHED: 2019-07-02 LAST UPDATED: N/A DEADLINE: 2019-08-01

Vəzifə: Baş Mexanik

Sahə: Kənd Təsərrüfatı
İş yeri: Goranboy rayonu, Dəliməmmədli şəhəri.

İşin təsviri:

• Texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
• Təmirə dayanmış texnikaların vaxtında təmirinin başa çatdırılması və tam istismara yararlı vəziyyətə gətirilməsi üçün tədbirlər görmək
• Təmir edilmiş texnikanın istismara buraxılmadan qabaq bütün texniki vəziyyətini əsaslı surətdə yoxlamaq və tənzimləmək, yoxlama - sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək;
• Texnikalara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. Görülməli işlərin texniki hazırlığını təmin edir.
• Texnikaların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir.
• Aparılan təmir işlərinin qeydiyyatını aparmaq və hesabtlar təqdim etmək
• Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək;
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir.
• Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir.
• Sahəyə  buraxılan və sahədən qayıdan texnikaların texniki vəziyyətinin yoxlanması üzrə işləri təşkil etmək;
• Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
• Tabeçiliyində olan traktoristlərə, texnikalara təmir xidməti göstərən işçilərə rəhbərlik edir, işçilərin öz biliyinin və ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirir.
• Təmir və texniki xidməti digər hissələri zədələmədən icra etmək və istehsalçının təmir texnologiyalarına riayət etmək;
• Texniki nasazlıqlarla sahədən qayıtma hallarında hər bir nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq, səbəbini öyrənmək və bundan sonra (gələcəkdə) oxşar hallarda xəbərdarlıq üçün tədbirlər görmək;
• Baş aqronomun sahə ilə bağlı aqro texniki tələblərini əksiksiz və nöqsansız  təmin edir.
• İllik əkin-bicin  planına uyğun olaraq texnika ehtiyac siyahının belirlenmesi.
• Daxili prosedurlara və nizam - intizam qaydalarına riayət etmək;
• Rəhbərlik  tərəfindən verilən tapşırıqları vaxtında icra etmək;

TƏLƏBLƏR:

• 30-45 yaş həddi
• Mexanika sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
• Azərbaycan və rus dilləri, ingilis dilinə üstünlük verilir
• İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
• Güclü ünsiyyət və danışıq qabiliyyəti
• Komandada işləmək bacarığı
• Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı
• MS Excel proqram biliyi;
• 1 C  proqramı bilikləri üstünlükdür.
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
• Sürücülük vəsiqəsi olmalı
• John Deer, New Holland, Belarus  və türkiyə istehsalı olan texnikalarının təmiri və texniki xidmətlə bağlı mexanik işlərində təcrübəli olması üstünlükdür.
• Əvvəlki iş yerlərində intizam məsuliyyətinə cəlb edilməyən

Təminatlar:

•  İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
•  Nahar ilə təmin edilmə
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mexanik” yazaraq office@regionagro.az  ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP